• 3 Avqust 2020
logo
İki nəhəng sərhəd məsələsində razılığa gəliblər

İki nəhəng sərhəd məsələsində razılığa gəliblər

Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü, Faktiki Nəzarət Xətti (LAC) boyunca Hindistan-Çin sərhəd bölgələri məsələsi ilə bağlı qısa məlumat verib.

Hindistanın Azərbaycandakı səfirliyinfən xalqcebhesi.az-a verilən məlumata görə, iş Mexanizminin 17-ci iclasından sonra verilmiş mətbuat buraxılışında tərəflərin Qərb sektorunda Faktiki Nəzarət Xətti (LAC) boyunca Hindistan-Çin sərhəd bölgələrindəki vəziyyəti araşdırmasına dair məlumat nəzərə çatdırıldı.

Hər iki tərəf ikitərəfli razılaşma və protokollara uyğun olaraq, Faktiki Nəzarət Xətti (LAC) boyunca qoşunların qısa zamanda və tam şəkildə geri çəkilməsinin və Hindistan-Çin sərhəd bölgələrində münaqişənin azaldılmasının, həmçinin sülh və əmin-amanlığın tam bərpasının ikitərəfli əlaqələrin düzgün formada ümumi inkişafı üçün vacib olduğuna dair razılığa gəldilər. Bu, həm də iki tərəfin Xüsusi Nümayəndəsi, Milli Təhlükəsizlik Müşaviri və Çin Xarici İşlər Naziri Vang Yi arasında, 5 iyul tarixində həyata keçirilən görüş zamanı əldə edilən razılaşma idi.

Bu məqsədə doğru müəyyən irəliləyiş əldə edilmişdir, lakin qoşunların geri çəkilmə prosesi hələ də başa çatmamışdır. Bu istiqamətdə müəyyən tədbirlərin görülməsi məqsədilə yaxın vaxtlarda tərəflərin baş komandirləri arasında görüş həyata keçiriləcək.

Sərhəd bölgələrində sülhün və əmin-amanlığın qorunması ikitərəfli əlaqələrin əsasını təşkil edir. Beləliklə, Xüsusi Nümayəndələr arasında əldə edilən razılığa əsasən, Çin tərəfinin ən qısa müddətdə sərhəd bölgələrində sülhün və əmin-amanlığın bərpa edilməsi, eləcə də geri çəkilmə və münaqişənin azaldılması üçün Hindistanla birgə səmimiyyətlə fəaliyyət göstərməsi gözlənilir.

Cavid