• 3 Avqust 2020
logo
Ermənistanı Sorusun marionetləri idarə edir

Ermənistanı Sorusun marionetləri idarə edir

Rusiyanın Politnoviqator saytında jurnalist Rostovsevin Paşinyan hökumətini dərindən tənqid edən müəllif yazısı dərc olunub. Baymedia həmin yazını təqdim edir:
İyulun 18-də rusiyalı jurnalist Marqarita Simonyan öz Teleqram kanalında Paşinyan admnistrasiyasına müraciət ünvanlayaraq, onları Rusiyaya xəyanətdə ittiham edib, siyasi xadimləri rusofobiyanı yaymaqda günahlandırıb. Müraciət Paşinyanın yaralı yerlərinə vurmuş olmalı ki, dərhal Paşinyan tərəfdarları Simonyanı atəşə tutdular. Ona familiyasını dəyişmək, “böyük erməni xalqını” biabır etməmək üçün yox olmaq təklif olundu. Simonyan erməni dilini bilmədiyinə və Rusiyanı vətəni hesab etdiyinə görə ona pasportunda milliyətini dəyişmək də tövsiyə edilib.
“Əsl erməni harda yaşasa da vətəni Ermənistan olaraq qalmalıdır”. Bu hesabla Şarl Aznavur, Şer, tennisçi Andre Aqassi də erməni sayılmamalıdır. O zaman ermənilərin də öyünəcək bir siması qalmaz.
Simonyana qarşı hücuma yeniyetmələrlə yanaşı ona öncələr tərfi yağdıranlar, hətta Rusiyada yaşayan bir sıra media nümayəndələri də qalxdılar. İyulun 28-də onların siyahısına meydan naziri Paşinyan özü də qoşuldu.
Paşinyan emosional danışmasa da, tərəfdaşlarının dediyini təkrar edirdi. Simonyanın öz məqaləsində Rusiyanın tərəfdaşı kimi eks prezident Koçəryanın adını çəkməsinə cavab olaraq Paşinyan bildirdi ki, rusların Ermənistandakı dostu ayrı-ayrı şəxslər deyil, bütün erməni xalqıdır. Bu vacib nüansdır.
Belə başa düşdüm ki, Paşinyan rusca yaxşı anlamır. Simonyan erməni xalqını ittiham etməyib. Paşinyan deməsə də, ermən xalqı rusların müttəfiqi idi və yenə də elədir.
Bədbəxtlik bundadır ki, son iki ildə Ermənistanı demoqoqlar, boşboğazlar, qərb yönümlü analitiklər idarə edir, onlar küçədən gəlib kabinetə giriblər.
Xalq Paşinyanı seçməyib, onu hakimiyyətə əllərinin üzərində bir qrup xipster və radikal gətirib. Paşinyan bir qrup xəstə beyinli yeniyetmənin, qərbçinin və rusofobun rəhbəridir.
Paşinyan ən əsas məsələ barədə susur. Məhz qeyri kommersiya təşkilatları (QKT) sayəsində o hakimiyyətə gəlib.
Bu bir faktdır ki, Koçaryan və Sarqsyan hökumətləri indiki kimi hərci-mərcilik yaratmamışdılar, indi Ermənistanda QKT-lər bir-birinin başına çıxıb xarici siyasət, dövlət təhlükəsizliyi, maliyyə alətləri vasitəsilə təzyiq göstərirlər.
Rusiyada da belələri var, lakin Ermənistandan fərqli olaraq Soros yaramazları qovulub, onların cəmiyyətə təsiri bloklanıb. Xarici agentlərin maliyyə mənbələri məlumdur.
Paşinyanın rəhbərlik etdiyi Ermənistanda bu yoxdur və Soros öz marionetlərinin ipini rahatlıqla çəkə bilir. Ermənistan hökumətində demək olar ki, ruspərəstlər qalmayıb. Paşinyan erməni xalqı dedikdə yalnız qərb yönümlü tərəfdarlarını nəzərdə tutur.
Krım barədə danışan Paşinyan qeyd etdi ki, Ermənistan hələ də Dağlıq Qarabağın müstəqilliyini tanımayıb, lakin onu müdafiəsiz də qoymayıb. Axı Rusiya da Dağlıq Qarabağı tanımayıb, o zaman Ermənistan niyə bizi Krımla hədələməlidir?
Dağlıq Qarabağ Ermənistanın yardımı ilə işğal olunub və burda ona aid olmayan bir necə Azərbaycan rayonu da var. Onlar nə Qarabağa, nə də Ermənistana aid deyillər.
Madrid bəyannaməsinə əsasən, Dağlıq Qarabağ rəhbərliyi bu əraziləri tədricən Azərbaycana qaytarmalıdır. Paşinyan məhz bu müddəanı əsas götürərək Koçaryan və Sarqsyanı ölkəyə xəyanətdə ittiham edir.
İndi Ermənistanda rəsmi Bakıyla münaqişəyə səbəb olmuş Azərbaycan torpaqları barədə danışmağı sevmirlər. Heç şübhəsiz ki, yeni hökumətin əvvəl əldə edilmiş qərarlara əməl etməməsi sülh danışıqlarını dalana salır və Azərbaycanı ərazi bütövlüyünü hərbi yolla təmin etməyə təhrik edir”.