• 13 Fevral 2025
logo
“Los-Anceles və Belçika polisi azərbaycanlıların təhlükəsizliyini təmin etməyib”

“Los-Anceles və Belçika polisi azərbaycanlıların təhlükəsizliyini təmin etməyib”

Dünya Azərbaycanlıları Assambleyası bəyanat yayıb

Dünya Azərbaycanlıları Assambleyası Brüsseldə və Los-Anceles şəhərlərində erməni diaspora fəallarının azərbaycanlılara qarşı hücumu ilə bağlı bəyanat yayıb. Bu barədə “Xalq cəbhəsi”nə adıçəkilən təşklilatdan məlumat verilib. Bəyanatda deyilir: “Azərbaycan Ermənistan sərhədində Ermənistan silahlı qüvvələrinin əldə olunmuş atəşkəs razılaşmasının pozaraq hərbi təcavüz siyasətini davam etdirərək yaşayış məntəqələrinə ağır artilleriya silahları ilə zərbələr endirməsinə etiraz olaraq keçirdikləri dinc aksiyasına Ermənistan diaspora fəallarının kobud və qanunsuz müdaxiləsini qətiyyətlə pisləyirik. Qanunsuz əməlləri törədənlərin ciddi şəkildə cəzalanmasını həm Amerika Birləşmiş Ştatları, həm də Belçika Krallığınını hüquq mühafizə orqanlarından tələb edirik. Habelə bildiririk ki, bu qanunsuz əməllər nəticəsində Azərbaycan diplomatik korpusunun əməkdaşları xəsarətlər alıb, inzibati binası dağıntılara məruz qalıb, şüsələri sındırılb, azərbaycanlı icma nümayəndəsinin şəxsi avtomobilini yarasız hala salınıb, diplomatların ailə üzvlərinin yaşadığı əraziyə hücum cəhdi olub.
ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində yaşayan və dinc şəkildə etiraz etmək məqsədilə toplaşan az sayda azərbaycanlıya onlardan sayca dəfələrlə çox olan ermənilər tərəfindən hücum edilib. Zorakılığa məruz qalaraq xəsarət almış soydaşlarımız xəstəxanaya yerləşdirilib və hazırda müalicələrini davam etdirirlər.
Bildirmək istəyirik ki, insan hüquqları ilə bağlı beynəlxalq hüquqa əsasən, hər bir insan sərbəst toplaşmaq azadlığına və öz fikrini sərbəst ifadə etmək hüququna malikdir. Lakin, bu hüquqlar digər vətəndaşların hüquqlarını pozmamalıdır. Sərbəst toplaşmaq hüququ təmin edilsə də, orda iştirak edən azərbaycanlıların təhlükəsizliyi və səfirlik binasının təhülkəsziliyi təmin olunmayıb. Belçika və Amerika polislərini vəzifələrini düzgün icra etməyə dəvət edirik. Təəssüf ki, Los-Anceles və Belçika polisi azərbaycanlıların təhlükəsizliyini təmin etməyib.
Bununla əlaqədar bildiririk ki, həmin ölkələrin hüquq-mühafizə orqanları baş vermiş xoşagəlməz hadisə ilə bağlı dərhal hüquqi ölçü götürməlidir. Bundan sonra baş verəcək hər hansısa qanunazidd hadisələrə görə Ermənistan hakimiyyəti, səfirliyi və diaspora liderləri məsuliyyət daşıyacaq.
Dünya Azərbaycanlıları Assambleyası diplomatların toxunulmazlığı və təhlükəsizliyinin, həmçinin soydaşlarımızın təhlükəsizliyinin möhkəmləndirilməsinə diqqəti artırmağa çağırır”.

Əli