• 19 Fevral 2025
logo
Ermənilər Avropada da azğınlaşıb

Ermənilər Avropada da azğınlaşıb

Milli zəmində apardıqları düşmənçiliyi Avropaya daşıyıblar

İyulun 12-də ermənilərin Tovuz istiqamətində törətdiyi hərbi təxribatının ardınca dünyanın müxtəlif ölkələrində soydaşlarımız aksiyalar keçirib, bu təxribata, erməni vandalizminə, dinc sakinlərin evini artilleriya atəşinə tutan erməni ordusuna etiraz edib. Bu aksiyalardan bəzilərinə xaricdə yaşayan ermənilər müdaxilə edib və çox olmaqlarından istifadə edərək, soydaşlarımıza xəsarət yetiriblər. İndiyə qədər xaricdəki aksiyada ermənilərin hücumu nəticəsində 40 soydaşımız yaralanıb və xəsarət alıb. Dünya bununla da bir daha erməni vəhşiliyini əyani şəkildə gördü.
İspaniya Azərbaycanlıları Birliyinin sədri, Qərbi Azərbaycan İctimai Birliyinin İspaniya üzrə nümayəndəliyinin rəhbəri Vahid İmanov "Xalq Cəbhəsi" nə bildirib ki, son günlər xaricdəki azərbaycanlıların keçirdikləri aksiyalarda azərbaycanlılara qarşı olan təxribatların önündə erməni diaspor təkşilatı və erməni xüsusi xidmət orqanları və onların havadarları durur. Diaspor təşkilat sədrinin fikrincə, onlar istəyirlər beynəlxalq aləmdə elə bir imic yaratsınlar ki, guya azərbaycanlılardır günahkar, bu da onların riyakarlığından irəli gəlir: "İyulun 21-də İspaniyada yaşayan bir qrup vətənini sevən azərbaycanlı Madrid şəhərində Ermənistanın İspaniyadakı səfirliyi önündə aksiya keçirdik. Bizl sözmüzü onlara tarixi faktlarla çatdıtdıq, onlar da bizi təxribata çəkərək söyüşlər və ədəbsiz hərəkətlərə yol verdilər. Məqsədləri qarşıdurma yaratmaq və bundan hiyləgərliklə öz məqsədləri üçün istifadə etmək idi. Amma biz buna şərait yaratmadıq və təxribata getmədik. Son vaxtlar baş veren hadisələr onu deməyə əsas verir ki, ermənilər artıq son varianta əl atırlar. Buna misal bir çox ölkələrdə keçirlən yürüşlərdən ermənilərin üzərində ASALA sözü yazılan köynəklərdən istifadə etmələridir. Bununla da insanlar arasında bir xof yaradırlar ki, son variant terrordur. Mənim fikirimcə, bütün bunların qarşısını almaq istiqamətində bizləirn boynuna böyük yük düşür. Mən burada Dövlət Diaspor Komitəsinə səslənirəm ki, bu məsələni ciddi araşdırsınlar və təcili tədbir görsünlər. Avropada yaratdıqları Azərbaycan Evlərinin başına iş görənləri, vətənini, xalqını sevənlər qoysunlar, daha naşıları yox. Bu günki gündə bizə kəmiyyət yox, keyfiyyət lazımdır. Təəssüflər olsun ki, komitədəki bəzi şöbələr bu prinsipə üstünlük vermirlər. Avropada son günlərdə baş verən məlum hadisələr onu göstərdi ki, Diaspora Komtəsi sözünü deyən diaspor təşkilatları ilə deyil, onların çaldığı havanı oynayanlarla əməkdaşlıq edir. Bizlər nə qədər birlikdən, güclü diasporadan danışsaq da hələ ki, keyfiyyət yoxdur. Boş vədlər, sözlər... Tezliklə çox ciddi tədbirlər görulməsə, addımlar atllmasa, bunun fəsadları çox ağır olacaq. Madriddə keçirdiyimiz dəstək aksiyasında bəzilərinin şəxsi mənafelərini hər şeydən üstün tutduqlarını şahidi olduq".
Niderland Azərbaycan Evinin rəhbəri Elxan Mirhəşimlinin fikrincə, Tovuz istiqamətində ermənilərin xaincə ölkəmizə hücumu xaricdə yaşayan Azərbaycan icmasını da çox narahat etdi. Ermənilər Qarabağ torpaqlarımızı işğal etməkləri az imiş, yeni torpaqlar ələ keçirmək niyyətinə düşüblər, onları dəstəkləyən havadarlar isə Azərbaycanın strateji enerji xəttini nəzarətə götürmək istəyində olub: "Ordumuzun güclü cavabı sayəsindı düşmən məhv edilib, geri oturdulub. Şəhid verdik, Allah rəhmət eləsin. Ancaq bu dəfə də Azərbaycan gücünü həm işğalçıya, həm də onun havadarlarına göstərdi".
E.Mirhəşimli qeyd edib ki, bundan narahat olan və məğlubiyyəti həzm edə bilməyən ermənilər Avropada da dinc dayanmayaraq ölkəmizə qarşı təxribatlara əl atmağa başladılar, Avropada fəaliyyət göstərən səfirliklərimizin önündə ASALA terror təşkilatının geyimi və plokatları ilə etiraz aksiyasına gəldilər: "Biz ermənilərin bu yürüşünə qarşı çıxış etdik. Niderlandda fəaliyyət göstərən bütün təşkilatlar Azərbaycana məxsus olan səfirliyimizi qorumaq üçün öz sinələrini sipər edərək Azərbaycan bayraqları ilə erməni təxribatçıların qarşısına çıxdıq".
Diaspor təşkilat rəhbəri onu da bildirib ki, ermənilər səfirliyimizin binasına daş, şüşə qablar ataraq təxribat yaratmağa başlayıbla: "Ermənilər ASALA terror təşkilatının geyimi ilə bizim diplomatları, bizləri təhdid edirdilır, bizə terror mesajı göndərirdilər ki, sizin də taleyiniz bir vaxtlar qətlə yetirdiyimiz türk diplomatlarının taleyi kimi olacaq. Ermənilər səfirlik önundən Hollandiya polisi tərəfindən qovulduqdan sonra hiyləgər, xəyanətkarlar öz çirkin niyyətlərini həyata keçirmək üçün gizlin şəkildə 10-15 nəfərlik qruplara bölünüb səfirlikdən çıxıb evlərinə qayıtmaq istəyən həmyerlilərimizə arxadan qəfildən hücum ediblər, Sizə açıqlama yazdığım bu dəqiqələrdə mənə xəbər verdilər ki, iki Azərbaycan gəncini güdən 30 erməni onları döyüblər. Azərbaycanlılardan biri ağır yaralanıb, hazırda xəstəxanadadır".
E.Mirhəşimli onu da vurğulayıb ki, artıq ermənilər azğınlaşıb, milli zəmində apardıqları düşmənçiliyi Avropaya daşıyıblar, avropalllar bunun qarşısını vaxtında almasa, bizləri böyük təhdidlər gözləyir. Onlar bu təhdidlərlə bizləri qorxutmaq, fəaliyyətimizi durdurmağa çalışırlar: "Amma unutmasınlar ki, biz bu yola kəfənimizi geyinib çıxmışıq, haqlı mübarizəmizdə də geri dönmərik. Ermənilərin havadarlari görməlidir ki, ermənilər xristian dinindən istifadə edərək, özlərinə siyasi dəstək axtarır. Dini siyasi alverə çeviriblər. Radikallaşan ermənilər artıq anlaylrlar ki, proseslər onların istədiyi kimi getmir. Bizlər burada fəaliyyətimizi gücləndirərək yerli siyasi təşkilatlara həqiqətləri çatdırırıq. Ermənilərin Tovuz təxribatı ilə bağlı yerli təşkilatlara mediaya, siyasi partiyalara zamanında məktublar göndərib məlumatlandırdıq. Niderland Parlamenti önundə etiraz aksiyasın keçirdib mıktub təqdim etdik. Bu fəaliyyətimiz erməni radikalların qıcıqlandırır. Ona görə də ermənilər Avropada azərbaycanlılara qarşı yeni təxribat planları üzərində işləyirlər və zamanı çatanda onları həyata keçirməkdə fürsət axtaracaqlar".
Diaspor təşkilat sədrinin fikrincə, biz bu təxribatların qarşısını yalnız hüquqi yolla almalıyıq, bu proseslır göstərdi ki, bizim bu sahədə də imkanlarımız yoxdur, hüquqi prosesləri başlatmaq üçün güclü maliyyə lazımdır. Biz bunların qarşısını vaxtında almasaq düşmən sabah daha da azğınlaşaraq, yeni təxribatlara əl atacaq. İyulun 22-də Brüsseldə Azərbaycan səfirliyinə daşla hücüm edib, vətəndaşlarımıza, jurnalistlərimiz ağır xəsarət yetirən düşmən sabah silaha əl ata bilər: "Avropada yaşayan həmyerlilərimiz siyasi düşüncələrini, şəxsi problemlırini bir kınara qoyub dövlətimizin mənafelərini xaricdə qorumaq üçün bir bayraq altında birləşmək üçün milli iradəyə səsləyirəm. Düşməni məğlub etmək üçün milli birlik və həmrəyliyə nail olmalıyıq".