• 19 Fevral 2025
logo
Ağdamın işğalının 27-ci ildönümü ilə bağlı virtual təbliğat aksiyasına start verildi

Ağdamın işğalının 27-ci ildönümü ilə bağlı virtual təbliğat aksiyasına start verildi

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və “Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi tərəfindən 23 iyul Azərbaycan Respublikasının Ağdam rayonunun Ermənistan tərəfindən işğalının 27 - ci ildönümü ilə bağlı virtual təbliğat aksiyasına başlanıldı.
Nazirlikdən verilən məlumata görə, aksiya çərçivəsində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi tərəfindən hazırlanmış və birliyin rəsmi portalı (www.virtualkarabakh.az), Youtub kanalında (www.youtube.com/virtualkarabakhtv ) və rəsmi feysbuk səhfəsində
(www.facebook.com/virtualkarabakh/) Ağdam rayonu və onun işğalın acı nəticələri ilə bağlı təqdim olunan məlumatların, infoqrafikaların, filmlərin, digər foto və video materialların gənclərin aktiv iştirakı ilə müxtəlif sosial şəbəkələrdə paylaşılması həyata keçiriləcək.