• 8 Dekabr 2024
logo
"Təcili Türkiyə və Rusiyadan kömək istənilməlidir"

"Təcili Türkiyə və Rusiyadan kömək istənilməlidir"

Bir neçə gün öncə Xəzər dənizinə düşmüş "MİQ 29" qırıcısının axtarışları hələ də davam edir. Hər gün müdafiə naziri Zakir Həsənov şəxsən qəza ilə bağlı yaradılmış qərargaha baş çəkir və təyyarənin tapılması istiqamətində görülən işlərə nəzarət edir. Amma artıq 5 gündür ki, axtarışlar heç bir nəticə vermir.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Moderator.az-a açıqlamasında təcili olaraq Rusiya və Türkiyədən kömək istənilməli olduğunu deyir:
"Artıq bir neçə gündür ki, cəmiyyət intizarla nə baş verdiyini və qırıcının bir an öncə yerinin tapılaraq qəzanın baş vermə səbəblərinin üzə çıxarılmasını gözləyir. Hesab edirəm ki, təcili olaraq Rusiya və Türkiyə kimi bu cür hallarda çoxillik təcrübələrə malik ölkələrdən kömək istənilməlidir. Bu həm mütəxəssis, həm də texniki vasitələrdən ibarət ola bilər. Burada hər hansı məna axtarmağa da dəyməz və çəkinmədən bütün dünyada qəbul olunmuş bu ənənədən istifadə edilməlidir. Əsas məsələ problemin tezliklə çözülməsidir".