Azərbaycan diasporu iyulun 21-də İspaniyanın paytaxtı Madirddə etiraz aksiyası keçirib. Aksiya İspaniya Azərbaycanlılar Birliyinin təsisçisi Vahid İmanovun təşəbbüsü ilə Ermənistan səfirliyi önündə baş tutub. Bu barədə “Xalq cəbhəsi”nə adıçəkilən təşkilatdan məlumat verilib. Erməni təxribatçıları vətəndaşlarımızı təxribata sövq etdirsə də mubariz vətənpərvər insanlar soyuqqanlıqla düşməni susdura bilib: “İspan polisinin təkidi ilə ermənilər ərazidən uzaqlaşdırılıb. Tədbirdə İspaniya Azərbaycanlılar Birliyinin sədri Vahid imanov (Burqos vilayəti),Yeni Yazarlar-Sənətçilər Birliyinin avropa təmsilçisi şair Səfa Rəşid (Santander şəhəri), Valensiya Azərbaycanlılar Cəmiyyətinin sədri Mubariz ibrahimov (Valensiya şəhəri), İspaniya Azərbaycan Mədəniyyət və Ticarət Assossiyasının sədri Fərid Mustafayev, İspaniyanın Torlavega şəhərində Qarabağ idman klubu yaradan Şamo Eyvazov, fəallardan -Yaqut Novruzova, Cəmil Quliyev, digər bölglərdən, eləcə də Madrid və Barselonadan gələnlər də iştirak edib. Tədbirin sonunda bəyanat oxunub, şəhidlərin ruhu bir dəqiqəlik sukutla yad edilib”.
Tədbirə 20 nəfər üçün icazə verilsə də 45-dək soydaşımız qatılıb. Daha sonra iştirakçılar ermənilərin Azərbaycan səfirliyi qarşısında aksiya keçirə biləcəklərini ehtimal edərək ora gediblər. Amma ermənilər gəlməyib. Aksiya iştirakçıları Azərbaycan səfiri ilə görüşüblər və həmrəyliklərini bildiriblər.