• 19 Fevral 2025
logo
XİN ABŞ Konqresinin Azərbaycana hərbi yardımı məhdudlaşdıran düzəlişləri nəzərdən keçirməsinə münasibət bildirib

XİN ABŞ Konqresinin Azərbaycana hərbi yardımı məhdudlaşdıran düzəlişləri nəzərdən keçirməsinə münasibət bildirib

“Bəzi ermənipərəst konqresmenlər növbəti maliyyə ili ilə bağlı 2021-ci il milli müdafiə maliyyələşmə büdcəsinə düzəlişlər irəli sürüblər”.

Bunu bu gün mətbuat konfransında Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

O bildirib ki, 17 iyul tarixində Nümayəndələr Palatasında ermənipərəst konqresmenlərin düzəlişləri rədd olunub.

XİN rəsmisi qeyd edib ki, Konqresdə Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova ilə bağlı bir düzəliş var: “Bu düzəlişdə qaçqın, itkin düşən və ölənlərlə bağlı məlumatların verilməsi əksini tapıb. Bu düzəliş də əslində qəbul olunub”.