• 19 Mart 2024
logo
Müdafiə naziri Gəncədə “Seyfəli” poliqonunda tank mərmisinin evə düşməsi məsələsinə aydınlıq gətirib

Müdafiə naziri Gəncədə “Seyfəli” poliqonunda tank mərmisinin evə düşməsi məsələsinə aydınlıq gətirib

Azərbaycan Müdafiə naziri Zakir Həsənov Gəncədə “Seyfəli” poliqonunda tank mərmisinin yaşayış evinə düşməsi məsələsinə aydınlıq gətirib.

Trend-in məlumatına görə, nazir bildirib: "Seyfəli" sovet dövründən qalan bir poliqondur. Bu poliqonda 70 ildir təlimlər keçirilir və heç vaxt belə bir hadisə baş verməyib. Tank mərmisi təlim zamanı qayaya dəyib və 18 km uçaraq evə dəyib. Mənim göstərişimlə həmin təlimlər dayanıb. Komissiya məsələni araşdırır, vətəndaşa dəyən ziyan ödəniləcək. Xöşbəxtlikdən bu, döyüş mərmisi olmayıb, yoxsa faciə baş verərdi".

Z.Həsənov əlavə edib ki, komissiyanın araşdırmasından sonra həmin poliqonda təlimlərin davam etdirilməsi ilə bağlı qərar veriləcək.