• 19 Mart 2024
logo
Zakir Həsənov: Erməni nazir yalan danışır, özünü nümayiş etdirir

Zakir Həsənov: Erməni nazir yalan danışır, özünü nümayiş etdirir

Müdafiə naziri Zakir Həsənov Ermənistanın müdafiə naziri David Tonoyanın Azərbaycan Ordusunun əsgəri Elşən Xəlilovun vurulması ilə bağlı şəxsən əmr verməsi ilə bağlı bəyanatına münasibət bildirib.

Trend-in məlumatına görə, Z.Həsənov keçirdiyi mətbuat konfransında bildirib ki, bu bəyanat ucuz siyasi xal toplamaq üçündür: “Onların orduları çox zəifdir və çalışırlar ki, bu cür yollarla ucuz siyasi xal toplasınlar. Mən onun səviyyəsinə düşmək istəmirəm, o yalan danışır, özünü nümayiş etdirir”.

Nazir qeyd edib ki, Azərbaycan Dağlıq Qarabağ münqaqişəsini sülh yolu ilə həll etməyə çalışır: “Ancaq bu, olmasa, biz digər yola əl atacağıq. Biz 2016-cı ildə 3 gün ərzində bunu sübut etdik, indi də deyirik ki, gedin məsələni həll edin, əks tədqirdə torpaqlarımızı digər yolla azad edəcəyik”.