• 8 Avqust 2020
logo
Prezident: "BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünə 130-dan çox ölkənin qoşulması növbəti uğurumuzdur"

Prezident: "BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünə 130-dan çox ölkənin qoşulması növbəti uğurumuzdur"

"Biz hazırda Qoşulmama Hərəkatının sədriyik və bu sədrliyi 120 ölkənin yekdil qərarı ilə qazanmışıq. Bu sədrliyi öz üzərimizə götürəndə mən demişdim ki, bu, formal sədrlik olmayacaqdır. Biz beynəlxalq təşkilatlarda Qoşulmama Hərəkatına üzv ölkələrin maraqlarını, eyni zamanda, beynəlxalq hüququ, ədaləti dəstəkləyəcəyik və bunu əməli işlərdə göstərdik".

Bunu Azərbaycan Prezidenti İlham Əliyev iyulun 16-da Ceyhun Bayramovu Xarici İşlər naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

Dövlət başçısı bildirib ki, pandemiya dövründə bizim təşəbbüsümüzlə Qoşulmama Hərəkatının, eyni zamanda, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşləri keçirilib: "Biz Qoşulmama Hərəkatına üzv ölkələrə həm birbaşa, həm də Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə humanitar yardım göstərdik. Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsinin təşəbbüskarı biz olmuşuq və bu təşəbbüsə bildiyiniz kimi, 130-dan çox ölkə qoşuldu. Hesab edirəm ki, bu, bizim növbəti siyasi uğurumuzdur".