• 29 Mart 2024
logo
Vaqif Dərgahlı: "Düşmən ərazisində Azərbaycanın ölən və yaralanan hərbi qulluqçusu yoxdur"

Vaqif Dərgahlı: "Düşmən ərazisində Azərbaycanın ölən və yaralanan hərbi qulluqçusu yoxdur"

Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Ermənistan tərəfinin “ölən və yaralananların götürülməsinə icazə verəcəkləri barədə” dediklərinə cavab verib.

V.Dərgahlı bildirib ki, erməni xislətinə tam uyğun gələn bu fikirlər həqiqətə uyğun deyil və heç bir əsası yoxdur: “Bildiririk ki, düşmən ərazisində Azərbaycan Ordusunun heç bir ölən və yaralanan hərbi qulluqçusu yoxdur ki, buna görə də kimdənsə icazə istənilsin”.