• 26 Aprel 2024
logo
Xidmət rəisi: “Koronavirus təhlükəsinə görə kütləvi toplaşmaq düzgün deyil”

Xidmət rəisi: “Koronavirus təhlükəsinə görə kütləvi toplaşmaq düzgün deyil”

“Bu gün kütləvi şəkildə tədbirlərə qatılmaq qanun pozuntusudur. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına görə, koronavirus təhlükəsinə görə 5 nəfərdən artıq toplaşmaq qadağandır”.

Bunu bu gün mətbuat konfransında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov bildirib.

A. Rəhimov deyib ki, insanların vətənpərvərlik duyğusunu anlayışla qarşılayır: “Ancaq yoluxma təhlükəsini nəzərə alsaq, bu gün bu formada, kütləvi şəkildə toplaşmaq düzgün deyil”.