• 26 Aprel 2024
logo
Hikmət Hacıyev: “Hərbi xidmət sahəsində işlər müasir hərb sənətinin tələblərinə uyğun həyata keçirilməlidir”

Hikmət Hacıyev: “Hərbi xidmət sahəsində işlər müasir hərb sənətinin tələblərinə uyğun həyata keçirilməlidir”

“Azərbaycan Ordusu bu gün yüksək texnologiyadan istifadə edir. Bu texnologiyadan istifadə etmək üçün isə hərbi qulluğa çağırılanlara təlim keçirilir”.

Bunu bu gün mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, gənclərin döyüş əzmi yüksək qiymətləndirilir: “Ancaq hərbi xidmət sahəsində işlər müasir hərb sənətinin tələblərinə uyğun həyata keçirilməlidir”.