• 24 Aprel 2024
logo
Ermənistanın təxribatı ilə bağlı Qoşulmama Hərəkatının xüsusi sessiyası çağırılıb

Ermənistanın təxribatı ilə bağlı Qoşulmama Hərəkatının xüsusi sessiyası çağırılıb

“Tovuzda sərhəddə baş verənlər Ermənistan tərəfindən məqsədyönlü, əvvəlcədən planlaşdırılmış təxribatdır”.

Bunu bu gün mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, beynəlxalq təşkilatlarda olan daimi nümayəndəliklər tərəfindən müvafiq notalar təqdim olunub: “BMT baş katibinə nota verilib. Qoşulmama Hərəkatı çərçivəsində də xüsusi sessiya çağırılıb ki, üzv dövlətlərə məlumat verilsin”.
Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, bu gün ATƏT Daimi Şurasının iclası keçirilir: “İclasa ATƏT-in Minsk Qrupunun həmsədrlərinin də qatılması nəzərdə tutulub. Azərbaycanın ATƏT yanındakı nümayəndəliyinə də lazımi təlimatlar verilib”.