• 21 Sentyabr 2020
logo
Azərbaycanda qeyri-formal məşğulluğun qarşısının alınması sahəsində əldə edilən nəticələr açıqlanıb

Azərbaycanda qeyri-formal məşğulluğun qarşısının alınması sahəsində əldə edilən nəticələr açıqlanıb

Azərbaycanda 2018-ci ilin sonu-2019-cu ilin birinci yarısı ərzində qeyri-formal məşğulluğun qarşısının alınması sahəsində əldə edilən nəticələr açıqlanıb.
Trend-in məlumatına görə, bununla bağlı Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının rayon (şəhər) məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsinin rəhbərlərinin birgə iştirakı ilə keçirilən ikinci müşavirədə Baş Nazirin müavini, Komissiyanın sədri Əli Əhmədov məlumat verib.
Ə.Əhmədov bildirib ki, 2019-cu ilin ilk 6 ayında əmək müqaviləsi bildirişlərinin sayı 101 min 551 ədəd artaraq 1 iyul tarixinə 1 milyon 503 min 731 ədəd olub.
Baş nazirin müavini vurğulayıb ki, 2018-ci ildə bu göstərici 91 min 389 ədəd təşkil edib: “Ümumilikdə isə Komissiya yaranandan indiyədək təxminən 250 min əmək müqaviləsi artımı olub. Həmçinin 2019-cu ilin 1 yanvar tarixinə olan məlumata görə, Vergilər Nazirliyində qeydiyyatda olan aktiv fiziki şəxslərin sayı ötən ilin əvvəli ilə müqayisədə 32 min 457 nəfər artaraq 361 min 1 nəfər, 2019-cu ilin 1 iyul tarixinə isə aktiv fiziki şəxslərin sayı 8 min 569 nəfər artaraq 369 min 570 nəfər təşkil edib".