Koroanvirus təhlükəsindən hələ qurtulmamışıq, məhdudiyyətlər hələ aradan qaldırılmayıb, insanların toplu halında bir yerə yığışması virusa yoluxma və ölüm sayının artmasına gətirib çıxara bilər.
Bunu xalqcebhesi.az-a ALDP sədrinin müşaviri Dinarə Məmmədova dünən Milli Məclis qarşısında Azərbaycan ordusuna dəstək aksiyasının keçirilməsinə münasibətində açıqlayıb.
D.Məmmədovanın fikrincə, dünənki aksiya vətənpərvərlikdən, dövlətə, xalqa, millətə, torpağa sevgidən, düçmənə nifrətdən irəli gəlir, bu alqışlanmalıdır, təqdirəlayiq bir haldır: “Amma nəzərə almalıyıq ki, hələ virus təhlükəsi üstümüzdən çəkilməyib. Hər gün yoluxma və ölüm halları qeydə alınır. Bir tərəfdən qadağa və məhdudiyyətlərə riayət etmək, digər tərəfdən kompakt şəkildə aksiyalarda iştirak etmək mümkün deyil. Bizim üçün əsas sağlamlığımızdır. Sağlamlığımızı qorumalıyıq ki, vətən uğrunda döyüşə bilək”.
Onun fikrincə, COVİD-19 pandemiyasının hələ məhdudlaşdırılmadığı, yoluxma hallarının yüksək olduğu bir vaxtda aksiyaların keçirilməsi, minlərlə insnaın bu aksiyalara qoşulması virusun daha geniş yayılması və insnların həyatını təhlükə qarşısına qoyması üçün əlverişli şərait yaradır: “Dünən Milli Məclis önündə keçirilən aksiyada tibbi maskadan istifadə edilməməsi, sosial məsafənin saxlanması virusun geniş yayıla biləcəyindən xəbər verir. Bundan başqa vətəndaşların kütləvi şəkildə həlak olan hərbçilərimizin yaşadığı ünvanlara toplaşması və onların yaxınlarını ziyarət etməsi, dəfn mərasimlərində müşahidə olunan kütləvilik virusun yayım sürətini daha da artırır. Özümüzü, ətrafdakılarımızı, ailəmizi düşünməliyik, ehtiyatlı olmalıyıq”.
Cavid