• 28 Mart 2024
logo
Britaniya parlamentinin üzvü Ermənistanın hücumlarını pisləyib

Britaniya parlamentinin üzvü Ermənistanın hücumlarını pisləyib

Böyük Britaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun (APPG) sədri, İcmalar Palatasının üzvü Bob Blekmen Ermənistanın Azərbaycanla sərhəddə - Tovuz istiqamətində hücumlarını pisləyib.

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, o, İcmalar Palatasında müzakirə olunması üçün yazılı şəkildə təklif irəli sürüb.

B. Blekmən Britaniya hökumətini sülh prosesinin tərəqqisinə ciddi maneə olan və beynəlxalq hüququ, 1994-cü ildə imzalanan atəşkəs sazişini pozan Ermənistanın son hərəkətlərini pisləməyə çağırıb.

O, qeyd edib ki, Ermənistanla Azərbaycan arasındakı dövlət sərhədində ağır artilleriya qoşunlarının cəlb edilməsi beynəlxalq hüququn kobud şəkildə pozulması, 1994-cü ildə imzalanmış atəşkəs və sülh prosesinin tərəqqisinə ciddi əngəldir.

B. Blekmən Böyük Britaniya hökumətini ATƏT-in Minsk Qrupunu hazırkı hərbi əməliyyatların müharibəyə çevrilməsinin qarşısını almaq üçün hərtərəfli araşdırma çağırışını dəstəkləməyə çağırış edib. Britaniya parlamentinin üzvü BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrdə qeyd olunduğu kimi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı olduğunu da vurğulayıb.