• 19 Aprel 2024
logo
Nazir: “Ermənistanın təxribatı üçüncü ölkələri münaqişəyə cəlb etmək məqsədi güdür”

Nazir: “Ermənistanın təxribatı üçüncü ölkələri münaqişəyə cəlb etmək məqsədi güdür”

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Azərbaycan-Ermənistan sərhədində baş verənlərdən ciddi narazılığını bildirib, Ermənistanın bu yeni təxribatını təcavüz aktı kimi qiymətləndirib.

Bu barədə E. Məmmədyarov ATƏT-in Minsk Qrupunun Rusiya Federasiyasından olan həmsədri İqor Popov və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə telefon söhbətləri zamanı bildirib.

E. Məmmədyarov Ermənistanın məqsədyönlü şəkildə həyata keçirdiyi bu təxribatın üçüncü ölkələri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək və Ermənistan cəmiyyətinin daxili problemlərdən fikrini yayındırmaq məqsədi güddüyünü qarşı tərəfin diqqətinə çatdırıb.