• 26 Aprel 2024
logo
Vaqif Dərgahlı: "Hazırda döyüş bölgəsində ara-sıra qarşılıqlı artilleriya zərbələri endirilir"

Vaqif Dərgahlı: "Hazırda döyüş bölgəsində ara-sıra qarşılıqlı artilleriya zərbələri endirilir"

“Hazırda döyüş bölgəsində ara-sıra qarşılıqlı artilleriya zərbələri endirilir”.

Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı bildirib.

O qeyd edib ki, düşmən tərəfi fəallıq nümayiş etdirməyə çalışır: “Lakin Azərbaycan Ordusu düşmənin bu fəaliyyətinin qarşısının alınması istiqamətində tədbirlər görür. Ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə verilən bütün tapşırıqların yerinə yetirilməsinə hazırdır və buna qadirdir”.

Vaqif Dərgahlı həmçinin qeyd edib ki, Tovuz istiqaməti ilə yanaşı, həm dövlət sərhədində, həm də qoşunların qarşıdurma xəttində vəziyyət hazırda gərgindir: “Yaranmış gərginliklə bağlı nazirlik rəsmi məlumat yayıb".