• 9 Avqust 2020
logo
“Rəhim Qazıyevin azadlıqda yaşamağa haqqı yoxdur”

“Rəhim Qazıyevin azadlıqda yaşamağa haqqı yoxdur”

Emin Həsənli: “Belə bir şəraitdə, müharibə vəziyyətində ölkənin maraqlarına zidd çıxış edən adamlar müharibə qanunlarına uyğun cəzalandırılmalıdırlar”

Təəssüflər olsun ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, düçmənin təxrinatlarının qarşısının alınması kimi ümummilli məsələlərdə də bəzi insanlar öz şəxsi və qrup mənafelərini güdürlər.
Bunu BayMedia-ya açıqlamasında Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli deyib.
Emin Həsənli belə insanların başında Rəhim Qazıyev kimi gəldiyini vurğulayıb: “Rəhim Qazıyevin vaxtında, onun səhvi, xəyanəti nəticəsində bizim torpaqlarımız işğal olunub. Şuşa onun birbaşa xəyanəti nəticəsində işğal edilib. Azərbaycanda Rəhim Qazıyev, Əlikram Hümbətov, Surət Hüseynov kimi adamlara yer yoxdur. Rəhim Qazıyev o vaxtkı xəyanətlərin başında durana adam olub. Soruşmaq istəyirəm, Rəhim Qazıyev, əgər sənin canın bu ölkəyə yanırdısa, təhsil naziri olardın, niyə müdafiə naziri oldun?”
Emin Həsənli Azərbaycan Silahlı Qüvvələrinin böyük gücə, hərbi üstünlüyə sahib olduğunu, xalq-ordu həmrəyliyinin ordumuza güc verdiyini vurğulayıb: “Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti Ali Baş Komandan, Prezident İlham Əliyevi dəstəkləyir. Təəssüflər olsun ki, Rəhim Qazıyev bu vəziyyətdən yararlanmağa çalışdı, Azərbaycan dövləti, ordusu əleyhinə çıxışlar etdi. Onun bu hərəkətləri bağışlanmazdı. Ümumiyyətlə, Rəhim Qazıyev kimi adam ömrünü ömürlük həbsxanada keçirməliydi, onun azadlıqda yaşamağa haqqı yoxdur. O, Vətən xainidir. Şəhid verdimiz, bütün xalqımızın vahid mövqedən çıxış etdiyi bir vaxtda onun belə addımlar atmasını heç bir halda bağışlaq olmaz. Bu məsələdə şəxsi və qrup mənafeyindən istifadə edən hər kəsi qınıyırıq. Ehtiyatda olan zabitlər, şəhid ailələri, müharibə veteranları, məcburi köçkünlərdə bütün bunlar ikrah hissi yaradır və onlar Rəhim kimilərə eturaz edirlər. Biz hüquq-mühafizə orqanlarına müraciət edirik. Belə bir şəraitdə, müharibə vəziyyətində ölkənin maraqlarına zidd çıxış edən adamlar müharibə qanunlarına uyğun cəzalandırılmalı və Azərbaycan qanunları qarşısında cavab verməlidirlər”.