• 9 Avqust 2020
logo
Vaqif Dərgahlı: "Azərbaycan tərəfi heç bir ərazi itkisi verməyib"

Vaqif Dərgahlı: "Azərbaycan tərəfi heç bir ərazi itkisi verməyib"

Azərbaycan tərəfi heç bir ərazi itkisi verməyib.

Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib.

O qeyd edib ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edib: “Mülki vətəndaşlar arasında heç bir itki yoxdur. Hal-hazırda Azərbaycan Ordusunun bölmələri qurduqları mövqedədir və düşmənə qarşı cavab tədbirləri həyata keçirir".