• 5 Avqust 2020
logo
“Azərbaycanın potensialı gələcəkdə inkişaf etmiş ölkələrlə müqayisə olunacaq”, - Nəsib Məhəməliyev

“Azərbaycanın potensialı gələcəkdə inkişaf etmiş ölkələrlə müqayisə olunacaq”, - Nəsib Məhəməliyev

“BMT-nın “Davamlı inkişaf hesabatı” indeksinə görə Azərbaycanın 166 ölkə arasında 54-cü pillədə yerləşməsi ilk növbədə Prezident İlham Əliyevin apardığı çoxşaxəli sosia-iqtisadi siyasətin məntiqi nəticəsi kimi qiymətləndirilməlidir”. Bunu “Xalq cəbhəsi”nə açıqlamasında millət vəkili Nəsib Məhəməliyev bildirib. Millət vəkili deyib ki, 2016-2030-cu illəri əhatə edən bu proqrama ölkəmiz 2015-ci ildə, BMT-yə daxil olan 169 ölkənin iştirak etdiyi sammitdə qoşulub: “Ötən 5 il ərzində, keyfiyyətli təhsil, layiqli əmək və iqtisadi artım, bərabərsizliyin azaldılması, iqlim dəyişikliyi ilə mübarizə, sülh, ədalət və səmərəli institutlar və s. sahələrdə Azərbaycanın əldə etdiyi uğurlar real olaraq hesabatda öz əksini tapıb. Hər birimiz üçün qürurludur ki, ölkəmiz reqionda lider dövlət olduğunu bu mötəbər təşkilatın hesabatında da təsdiq edib.
Bəzi obyektiv səbəblərə görə, əsasən torpaqlarımızın işğalı, qaçqın və məcburi köçkünlərin problemlərinin mövcudluğu, iqtisadi inkişafa mane olan amillərdəndir. Bunlar olmasaydı indeks göstəriciləri daha yüksək olardı. Azərbaycanın potensialı isə təkcə reqion ölkələri ilə deyil, hesab edirəm ki, gələcəkdə inkişaf etmiş ölkələrlə müqayisə olunacaq”.

Əli Zülfüqaroğlu