• 9 Dekabr 2024
logo
Bakının vizanı ləğv etməsinə Türkiyədən reaksiya

Bakının vizanı ləğv etməsinə Türkiyədən reaksiya

Hulusi Kılıç: “Bu müjdəli qərar Türk xalqını məmnun etdi”
Türkiyə Respublikası vətəndaşları üçün viza tələbinin ləğv edilməsi barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidməti açıqlaması məmnunluqla qarşılanıb.

Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç tarixi addımla əlaqədar Musavat.com-a eksklüziv açıqlama verib.

“Cənab prezidentin Türkiyə vətəndaşları için vizanı qaldırması qərarına çox sevindim. Bu müjdəli qərar Türk xalqını məmnun etdi. Vizanın qaldırılmasından sonra Türkiyədən can Azərbaycana turizm üçün gedənlərin sayında önəmli artım olacağını gözləyirəm. Sonuc olaraq vizanın qaldırılması iki qardaş xalqın daha çox yaxınlaşmasına və bir-birilərini yaxından tanımalarına önəmli töhfə verəcəyini düşünürəm. Vizanın qaldırılma qərarının tək millət, iki dövlət için xeyirli olmasını arzu edirəm”-Hulusi Kılıç əməkdaşımıza bildirib. Diplomat əlavə etdi ki, Azərbaycanın verdiyi bu, önəmli qərarın Türkiyə vətəndaşlarından viza istəyən qardaş cümhuriyyətlər üçün örnək təşkil etməsini arzu edir.