• 12 Avqust 2020
logo
Lavrov: "Azərbaycan Prezidentinin təşəbbüsü ilə bu gündən BMT BA-nın xüsusi sessiyasının keçirilməsinə başlanır"

Lavrov: "Azərbaycan Prezidentinin təşəbbüsü ilə bu gündən BMT BA-nın xüsusi sessiyasının keçirilməsinə başlanır"

Azərbaycan Prezidenti Ilham Əliyevin təşəbbüsü ilə Qoşulmama hərəkatının sammitində irəli sürülən koronavirusla bağlı BMT Baş Assambleyasının xüsusi ssesiyasının keçirilməsinin müzakirəsinə 10 iyul tarixindən başlanılır.

Bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov bu gün "Primakov qiraətləri" beynəlxalq elmi praktiki forumunda bildirib.

"Biz əlbəttə ki, Azərbaycanın rəhbərlik etdiyi Qoşulmama hərəkatının təşəbbüsü ilə COVID-19 mövzusu ilə bağlı BMT Baş Assambleyasının xüsusi ssesiyasının çağırılacağını bilirik, lakin bu ssesiya bir qədər sonra baş tutacaq. Bu gün, iyulun 10-da, xüsusi ssesiyanın çağırılması zamanı tətbiq ediləcək qaydaların prosedurunun fotmalaşdırılmasına ancaq başlanılır, çünki koronavirus infeksiyası şəraitində qeyri-adi distant formatda keçirilən bütün tədbirlər təşkilati və prosedur aspektləri baxımından razılaşdırılmalıdır, buna görə bu gün yalnız prosedur məsələlər müzakirə ediləcək, xüsusi iclasın çağırılma tarixi hələlik müəyyən olunmayıb", deyə Rusiya XİN başçısı vurğulayıb.