• 8 Avqust 2020
logo
"Azərbaycan bu gün regionun güclü, inkişaf etmiş ölkəsidir"

"Azərbaycan bu gün regionun güclü, inkişaf etmiş ölkəsidir"

Azərbaycan bu gün güclü ölkədir, iqtisadi və siyasi sahədə böyük uğurlara imza atıb. Regional təhlükəsizlik məsələlərində Azərbaycan müsbət rol oynayır. Azərbaycan sabitləşdirici amildir. Ölkəmizdə qəbul olunmuş yeni qanunlar, yeni qanunvericilik Avropa standartlarına və dəyərlərinə uyğundur. Apardığımız siyasi və iqtisadi islahatlar siyasəti iqtisadiyyatımızın inkişaf etdirilməsi üçün imkanlar yaradıb.

Ölkəmiz Avropaya inteqrasiya siyasətinə tam sadiqdir və bu proses ölkəmizə çox böyük üstünlüklər saxlayır. Bizim üçün ən önəmli məsələlərdən əsası da regionda tam sabitliyə nail olmaqdır. Təəssüf ki, bədnam qonşumuz olan Ermənistan nəinki münaqişəyə son qoymur, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən bəyannamələrə də məhəl qoymur. Ermənistan rəhbərliyi, hökuməti, erməni diplomatiyası bu gün həmişə olduğu kimi siyasi savadsızlıq nümayiş etdirir. Məlumdur ki, Azərbaycan bir çox beynəlxalq təşkilatların üzvüdür. Birlik, bərabərlik, sülh uğrunda fəal mübarizə aparır və sözlər bir növ siyasətimizin simvoluna çevrilib. 2019-cu ildən 2022-ci ilədək Qoşulmama Hərəkatının sədri seçilən möhtərəm prezidentimiz İlham Əliyev son zamanlarda bütün dünyanı sarsan "COVİD-19"pandemiyası ilə əlaqədar BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsi ilə xüsusi sesiyanın keçirilməsi təşəbbüsünü irəli sürüb.

Bu təklif bir çox dövlətlər tərəfindən qəbul edilmiş və dəstəklənib. Bu bir daha ölkəmizə və dövlət başçımıza olan etimadı sübut edir. Nə yazıq ki, həmişə olduğu kimi bədnam qonşularımız məsələnin mahiyyətini tam anlamamış, siyasi savadsızlığını bir daha nümayiş etdirərək bu təklifə qarşı çıxıblar. Bir daha Ermənistan rəhbərliyi və hökuməti məsələnin ciddiliyini başa düşmür, qlobal səviyyədə düşüncə siyasətinə malik olmadığını sübut edir. Məqsəd Azərbaycan hansı təşəbbüsü irəli sürərsə sürsün etiraz etmək. Bir daha aciz və özünü ifşa edən Ermənistan, başqa sözə məhəl yox...

Böyük diplomatik siyasətə malik olan Azərbaycan bu gün regionun həm inkişaf etmiş, həm sözü keçən ölkəsidir. Reallıq budur, bunu qəbul etmək istəməyən isə yalnız Ermənistandır.

Möhtərəm prezidentimizi uğur əldə etdiyi bütün sahələrdə, xususi ilə diplomatik sahədəki uğurlarına görə sevinirəm, qəbul etdiyi təşəbbüsü alqışlayıram. Burada Ulu Öndərin bir sözü yadıma düşür "Mən fəxr edirəm ki, Azərbaycanlıyam".

Rəşad Rəhmanov
YAP Siyəzən rayon təşkilat sədrinin müavini