• 13 Avqust 2020
logo
Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycanın beynəlxalq nüfuzu artır

Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycanın beynəlxalq nüfuzu artır

Azərbaycan diplomatiyası müstəqilliyimizin bərpasından ötən 29 il ərzində beynəlxalq müstəvidə çoxsaylı uğurlara imza atıb. Əsası ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra qoyulan diplomatik nailiyyətlər müstəqil Azərbaycanın gələcək inkişafında mühüm rol oynayıb.

Məhz sevindirici haldır ki, bu uğurlu siyasət cənab prezidentimiz İlham Əliyev tərəfindən davam etdirilməkdədir. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu xarici siyasətin məntiqi nəticəsidir ki, dövlətimiz hazırda dünya siyasi arenasında öz nüfuzunu artıraraq layiqli yerini tutmuşdur. Azərbaycanın xarici siyasətinin əsas məqsədlərindən biri ölkənin müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü, təhlükəsizliyini qorumaq və bunları beynəlxalq təhlükəsizlik sistemi ilə əlaqələndirməkdir. Mənafeyi Azərbaycanın milli maraqları ilə həmçinin dövlətçilik maraqları ilə uyğun gələn ölkələrlə daha sıx əməkdaşlıq, müttəfiqlik etmək və bu imkanlardan istifadə edərək beynəlxalq sistemdə mövqeyini möhkəmləndirmək dövlətimizin xarici siyasətinin əsas prioritet istiqamətlərini təşkil etməkdədir. Hazırda Azərbaycan dövləti dünyanın müxtəlif beynəlxalq təşkilatlarının üzvü kimi fəal rol oynamaqdadır.

Azərbaycanın xarici siyasətində dünyanın ən böyük təşkilatı olan və 193 dövləti öz ətrafında birləşdirmiş BMT ilə sıx əlaqələrin qurulması xüsusi əhəmiyyət kəsb etməkdədir. Azərbaycanın xarici siyasətinin ən böyük uğurlarından biri olan BMT-nin Təhlükəsizlik Şurasına 24 oktyabr 2011-ci ildə qeyri-daimi üzv seçilməsi bu əlaqələrin yüksək səviyyədə olmasının bariz sübutudur.

Son illərdə işgüzar əlaqələrimizin daha sıx qurulduğu təşkilatlardan biri də Qoşulmama Hərəkatı adlanan təşkilatla iş birliginin yaradılmasıdır. Qoşulmama Hərəkatı (QH) adlanan təşkilat heç bir bloka daxil olmadıqlarını və tərəfsizliklərini bəyan edən 120 üzv ölkə, 17 müşahidəçi ölkə və 10 müşahidəçi təşkilatı birləşdirən forum kimi BMT-dən sonra dünya dövlətlərinin ən böyük toplantısı hesab olunur. Qoşulmama Hərəkatı BMT təşkilatı üzvlərinin təxminən 2/3-sini, dünya əhalisinin 55 faizini təşkil edir. 2019-cu ildə 100 illiyini qeyd edən Qoşulmama Hərəkatının 2019-2022-ci illərdə sədrliyinin Azərbaycan dövləti tərəfindən icra ediləcək olması eyni zamanda ölkə başçımız cənab İlham Əliyevin və Azərbaycan dövlətinin beynəlxalq diplomatik uğurları sırasına növbəti əlamətdar hadisə kimi əlavə olunmuşdur.

Bakıda Qoşulmama Hərəkatı sammitinin keçirilməsi və Azərbaycanın bu ildən QH-na sədrlik etməsi tarixi əhəmiyyət daşıyır. 2019-cu il oktyabr ayının 25-26-da Qoşulmama Hərəkatının Bakıda XVIII Zirvə görüşü keçirilmiş və Zirvə görüşündə qəbul edilmiş Bakı Bəyannaməsi və Bakı Yekun Sənədində beynəlxalq hüququn prinsipləri öz əksini tapmışdır.

Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında 2020-ci ilin may ayının 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVİD-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirilmişdir. Onlayn Zirvə görüşündə Qoşulmama Hərəkatına üzv dövlətlərlə yanaşı BMT-nin baş katibi, BMT Baş Assambleyasının prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, Afrika İttiifaqı və Avropa İttifaqı kimin beynəlxalq təşkilatların yüksək vəzifəli nümayəndələri də iştirak etmişdir.

Zirvə görüşündə ölkə başçımız geniş nitq söyləyərək qeyd etmişdir ki, koronavirus pandemiyası dünyada vəziyyəti təmamilə dəyişmiş və nəticədə yeni reallıqlar meydana çıxmışdır. Cənab prezident vurğulamışdır ki, COVİD-19 qlobal pandemiyası bütün dünya dövlətlərinə mənfi təsir göstərmiş və heç bir ölkə bundan sığortalanmamışdır. Qarşılıqlı dəstək, özünə qapanmama və yalnız birgə səylərlə COVİD-19-a qalib gələ bilərik. Sonda ölkə başçımız qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsi ilə xüsusi sesiyasının keçirilməsi təklifini irəli sürmüşdür. Azərbaycan Respublikasının prezidentinin Qoşulmama Hərəkatının videokonfransında irəli sürdüyü təklif, 120 iştirakçı dövlət tərəfindən yekdilliklə qəbul edilmişdir.

Ümumilikdə BMT-yə üzv dövlətlərin 130-nun bu təşəbbüsü dəstəkləməsi beynəlxalq ictimayyət tərəfindən ölkəmizə və cənab prezident İlham Əliyevə göstərilən böyük ehtimadın göstəricisidir. Bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlət isə mənfur qonşumuz Ermənistan olmuşdur. Belə ki, Azərbaycanın artan nüfuzu bir işğalçı ölkə kimi Ermənistanı ciddi narahat etməkdədir. Bütün dünya COVİD-19-a qarşı mübarizədə həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə, BMT sistemində və dünya dövlətləri arasında özünü rüsvay etmiş oldu.

Azərbaycan Przidentinin təşəbbüsünün əleyhinə olmaqla, bütün dünya bir daha Ermənistanın irticaçı mahiyyətinin şahidi oldu. Bu da demokrat libaslı, işğalçı zehniyyətli Paşinyan hökumətinin diplomatik savadsızlığının, siyasi hazırlıqsızlığının, imkanlarının tükəndiyinin əlamətidir.

Etibar Heydərov
Yeni Azərbaycan Partiyasının Siyəzən rayon təşkilatının sədri