• 13 Avqust 2020
logo
Arzu Nağıyev: "Kürəkçay" müqaviləsinin mətni hər yerdə var, orada heç erməni adından söhbət getmir

Arzu Nağıyev: "Kürəkçay" müqaviləsinin mətni hər yerdə var, orada heç erməni adından söhbət getmir

Ermənilər tez-tez öz tarixlərini qədim dövrlərə bağlamağa çalışırlar.

Bunu Milli Məclisin deputatı Arzu Nağıyev Azərbaycan Televiziyasının (AzTV) "Hədəf" verlişinə açıqlamasında deyib.

Onun sözlərinə görə, ermənilər uzun müddətdir ki, 1800-cü illərdə Ermənistan adlı bir dövlətin, qurumun guya mövcud olduğunu sübut etməyə çalışırlar. Hətta onlar bu mövzunu araşdırıb sübüt edəcək tarixçilərə mükafatlar da vəd edirlər:

"Cənab Prezident çox mühüm məsələyə toxundu. "Kürəkçay" müqaviləsinin mətni hər yerdə var, orada heç erməni adından söhbət getmir. Sənəddə ancaq Qarabağ xanlığının adı çəkilir".

A.Nağıyev bildirib ki, ermənilər saxta tarixlərini öz vətəndaşlarına sırımaqla, yenidən bu saxta tarixlərinə qayıtmaq, guya öz olmayan keçmişlərini sübut etməyə çalışırlar.