• 23 Sentyabr 2020
logo
DSX rəisi hərbi hissə və bölmələ¬rinin xidməti-döyüş fəaliyyətini yoxlayıb

DSX rəisi hərbi hissə və bölmələ¬rinin xidməti-döyüş fəaliyyətini yoxlayıb

Dövlət Sərhəd Xidmətinin rəisi gene¬ral-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo¬şun¬ları¬nın Qazax və Ağstafa rayonları ərazisində hərbi hissə və bölmələ¬rinin xidməti-döyüş fəaliyyətini yoxlayıb.
Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən verilən məlumata görə, gene¬ral-polkovnik Elçin Quliyev sərhəd zastavalarında və sər¬həd döyüş mən¬təqə¬lərində xidmət edən şəxsi heyətlə görüşüb, dövlət sər¬hədində sərhəd mühafizə və mü¬dafiə infrastruktu¬ru¬nun yaradılması istiqamətində görülən iş¬lə¬rə baxış ke¬çirib, dövlət sərhədinin toxunul¬mazlığının və şəxsi heyətin təh¬lükəsizliyinin təmin edilməsi üzrə tapşı¬rıqlar verib.