• 11 Avqust 2020
logo
"Bu vəziyyətdə belə düşmənçilik hissi Ermənistanın rəhbərliyi üçün öz xalqının həyatından da üstün tutulur"

"Bu vəziyyətdə belə düşmənçilik hissi Ermənistanın rəhbərliyi üçün öz xalqının həyatından da üstün tutulur"

Ermənistanın mövqeyi onların ksenofob, irqçi və faşist mahiyyətini göstərir

Bunu Milli.Az-a siyasi ekspert Elçin Mirzəbəyli Ermənistanın BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsümüzün əleyhinə səs verməsini şərh edərkən deyib.
O bildirib ki, Ermənistandakı sosial vəziyyət pandemiyadan sonra olduqca acınacaqlı hal alıb:
"Rəsmi İrəvan yenə də dilənçi kisəsini əlinə alıb müxtəlif ölkələrdən vəziyyətdən çıxmaq üçün pul dilənir.
Bu ölkənin son və rəsmi statistik məlumatlarına görə, əhalinin sayı 2 959 500 nəfər təşkil edir. Ermənistanda ikili vətəndaşlığa icazə verildiyi və kütləvi hal aldığı üçün, hazırda Ermənsitanda yaşayan əhalinin real sayı rəsmi statistikadan xeyli fərqlənir. Ermənistan mediasında bu rəqəmin 1,3-2 milyon arasında dəyişdiyi bildirilir. Hazırda Ermənistanda koronavirusa yoluxma hallarının 29 266, ölüm faktının isə 650 olduğu bildirilir. Bu ölkədə sutka ərzində keçirilən testlərin sayı 1300-2500 arasında dəyişir ki, bu da əhalinin sayına görə çox kiçik rəqəmdir və işğalçı ölkədə yoluxma hallarının dəfələrlə çox ola biləcəyi ehtimalını yaradır. Digər tərəfdən, daha öncə təqdim etdiyim rəsmi statistik göstəricilərdən də göründüyü kimi Ermənistanda əhalinin sayına görə, yoluxma və ölüm halları kifayət qədər yüksəkdir. Məsələn iyul ayının 5-də Ermənistanda COVİD-19 virusuna yoluxma faltlarının aşkarlanması üçün, təxminən 1800-ə yaxın test keçirilib və 706 yoluxma faktı aşkarlanıb. Bu isə keçirilən testlərin 40 faizində yoluxma hallarının müəyyənləşməsi deməkdir. Bu vəziyyətdə belə Azərbaycana və azərbaycanlılara qarşı düşmənçilik hissi, nifrət bu ölkənin rəhbərliyi üçün hətta öz xalqının həyatından da üstün tutulur.
Məlum olduğu kimi, Azərbaycan Prezidentinin Qoşulmama Hərəkatının sədri kimi BMT Baş Assambleyasının xüsusui sessiyasının çağırılması ilə bağlı təşəbbüsünün əleyhinə səs verib. Prinsip etibarilə Ermənistan ən azı iki səbəbdən bu təşəbbüsü dəstəkləməliydi: Əvvəla, pandemiyaya qarşı mübarizdə Ermənistan ən aciz durumda olan ölkələrdən biridir, ikincisi Beynəlxalq birliyin dəstəyi olmadan Ermənistanın bu vəziyyətdən çıxa biləcəyi inandırıcı görünmür. Amma bütün bunlara baxmayaraq, Ermənistan pandemiya ilə mübarizə çərçivəsində dünyanın ən ali təşkilatının baş assambleyasının xüsusi iclasının keçirilməsini istəmir. Çünki Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Ermənistanın mövqeyi bu ölkədə hökm sürən və dövlət tərəfindən təbliğ edilən Azərbaycanafobiyadır, Azərbaycan dövlətinə, Azərbaycan xalqına nifrətin təzahürüdür. Bu təşəbbüsün əleyhinə çıxmaq ağılsızlıqdır və qeyri-rasional düşüncənin məhsuludur".