• 13 Avqust 2020
logo
İsraildə idman zalları, barlar və klublar koronavirusa görə qapadılıb

İsraildə idman zalları, barlar və klublar koronavirusa görə qapadılıb

İsrail hökuməti bu gün idman zalları, barlar, klublar və şadlıq saraylarının dərhal bağlanması barədə qərar qəbul edib.

Bu barədə “Kan” radiostansiyası məlumat yayıb.

Bildirilib ki, buna yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının artması səbəb olub.
Radiostansiyanın məlumatına görə, bu gün İsrail Nazirlər Kabinetinin növbədənkənar iclası keçirilib, iclasda infeksiyanın yayılmasının qarşısını almaq üçün tədbirlər müzakirə olunub.

İsrail hökuməti hələlik çimərliklərin bağlanması barədə qərar qəbul etməyib. Lakin hökumət çimərliklərdə sanitar normalara riayət edilməsinə nəzarəti gücləndirmək niyyətindədir.

Qeyd edək ki, İsraildə may ayının sonundan başlayaraq gündəlik koronavirusa yoluxma hallarının sayında artım qeydə alınır. Belə ki, iyunun 6-da 160, iyunun 23-də 460, iyunun 29-da 637, iyulun 2-də isə 1 026 yoluxma aşkarlanıb.