• 19 Sentyabr 2020
logo
Səfir: ABŞ Azərbaycanın müstəqilliyini və suverenliyini qəti şəkildə dəstəkləyir

Səfir: ABŞ Azərbaycanın müstəqilliyini və suverenliyini qəti şəkildə dəstəkləyir

ABŞ Azərbaycanın müstəqilliyini və suverenliyini qəti şəkildə dəstəkləyir. Trend-in məlumatına görə, bunu ABŞ-ın Azəbaycandakı səfiri Örl Litzenberqer Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov ilə Nazirlər Kabinetində keçirilən görüşdə deyib.
Səfir bildirib ki, Azərbaycan regionda və daha geniş aləmdə oynadığı rol, eyni zamanda təhlükəsizlik sahəsində Əfqanıstanda həyata keçirilən sülhməramlı əməliyyata töhfəsi yüksək qiymətləndirilir.
O bildirib ki, bu istiqamətdə beynəlxalq səylər və etibarlı tərəfdaşlıq ABŞ höküməti tərəfindən müsbət dəyərləndirilir.
Görüşdə Azərbaycan ilə ABŞ arasında strateji əməkdaşlıq prinsiplərinə əsaslanan ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etməsindən məmnunluq ifadə olunub.