• 8 İyul 2020
logo
Ermənistan Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının COVID-19-a dair xüsusi sessiyasının çağırılmasına qarşı çıxıb

Ermənistan Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının COVID-19-a dair xüsusi sessiyasının çağırılmasına qarşı çıxıb

“COVID-19 məsələsinin beynəlxalq sülh və təhlükəsizliyə təhdid kimi xarakterizə olunması qlobal təhlükəsizliyə töhfə olardı”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, Ermənistanda vəziyyət daha acınacaqlıdır: “Onlar rəqəmləri gizlədir, düzgün məlumat vermirlər. Buna baxmayaraq, Ermənistan Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılmasına qarşı çıxıb, BMT Baş Katibinə məktub göndərib”.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, dünyanın bu təşəbbüsə ehtiyacı var və müxtəlif dövlət başçıları tərəfindən Prezident İlham Əliyevə ünvanlanan müraciətlərdə bu, əksini tapıb.