• 27 İyul 2024
logo
Hikmət Hacıyev: “Prezident İlham Əliyevin təşəbbüsünü 130-dan çox dövlət dəstəkləyib”

Hikmət Hacıyev: “Prezident İlham Əliyevin təşəbbüsünü 130-dan çox dövlət dəstəkləyib”

“Qoşulmama Hərəkatının sədri, Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsü 130-dan çox dövlət tərəfindən dəstəklənib”. Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. H. Hacıyev deyib ki, Azərbaycana beynəlxalq səviyyədə böyük hörmətin təzahürüdür.