• 9 İyul 2020
logo
Hikmət Hacıyev: “BMT Nizamnaməsinin tələbləri yerinə yetirilməli, işğala son qoyulmalıdır”

Hikmət Hacıyev: “BMT Nizamnaməsinin tələbləri yerinə yetirilməli, işğala son qoyulmalıdır”

“BMT-nin baş katibi COVID-19 qlobal atəşkəs təşəbbüsü irəli sürüb”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, Azərbaycanın BMT-dəki daimi nümayəndəsi yaxın günlərdə təşəbbüsə öz mövqeyini bildirəcək: “Azərbaycanla Ermənistana arasında atəşkəs sülhə çevrilə bilməyib. Atəşkəsə olan çağırışlarla bərabər, BMT Nizamnaməsindəki tələb və prinsiplərin həyata keçirilməsi, işğala son qoyulması təmin olunmalıdır. Koronavirus pandemiyası dövründə bu, daha aktualdır”.