• 14 İyul 2020
logo
Millət vəkilinin təşəbbüsü sakinləri sevindirib - Kəndə su çəkilir

Millət vəkilinin təşəbbüsü sakinləri sevindirib - Kəndə su çəkilir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Şabran rayonu Taxtalar kənd seçicilərilə onlayn görüş keçirib.

Avrasiya.net-in xəbərinə görə, millət vəkili sakinlərin sosial problemləri ilə maraqlanıb, suallarını cavablandırıb. Eyni zamanda koronavirusla bağlı Azərbaycan hökumətiniun həyata keçirdiyi tədbirlərlə bağlı kənd camaatının məlumatlandıran S.Qurbanov müəyyən edilən qaydalara riayət olunmasının vacibliyini, bunun əhalinin sağlamlığının qorunmasına, sosial təhlükəsizliyinin təminatına istiqamətləndiyini vurğulayıb.

S.Qurbanov görüşün əsas hissəsini kənddə yaranmış su probleminə həsr edib.

Xatırladaq ki, kənddə su problemi mövcud olub. Son aylarda kənd camaatına içməli su maşınlarla daşınıb. S.Qurbanov parlament seçkiləri öncəsi kəndlərdə seçiciləri ilə keçirdiyi görüşlərdə imkan daxilində birlikdə bütün sosial problemlərin həllinə nail olacağına söz vermişdi. Artıq bu gün o vədlərdən biri yerinə yetirilməkdədir. Millət vəkilinin təşəbbüsü ilə bu həmin kənddə su çəkilir. S.Qurbanov onlayn görüşdə işin gedişatı ilə maraqlanıb və sakinlərin təkliflərini dinləyib. Kənd camaatı kənddə yaranan su probleminin uzun aylardan sonra aradan qaldırılmasında göstərdiyi təşəbbüsə görə S.Qurbanova minnətdarlıqlarını bildiriblər.