• 28 Mart 2025
logo
Milli Şura müxalifətə böyük zərbə oldu

Milli Şura müxalifətə böyük zərbə oldu

Milli Şuranın keçirdiyi onlayn toplantılar indiyədək bir az qapalı və müammalı görünən qurumun əsl mahiyyətini açıq-aşkar göstərdi.

Bunu xalqcebehesi.az-a Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Milli Şuranın fəaliyyətinə, Azərbaycan hakimiyyətinə qarayaxmalarına münasibətində deyib.

BAP sədri bildirib ki, Milli Şura ora toplananların etimadını doğrulda bilmədi. Qeyri-ciddi müzakirələr, davranışlar, onu, bunu gözdən salma cəhdləri, özlərini aparma tərzləri bu qurumun hansı səviyyədə olduğunu göstərməklə ilk növbədə Milli Şuranın özünə və onu dəstəkləyənlərə ağır zərbə oldu: "Görüntü doğrudan da çox pis idi və nəticədə Milli Şura rəhbərliyində qarşılıqlı ittihamlar meydana gəldi, istefalar oldu. Şura üzvlərinin keçirdikləri onlayn konfranslarda işlətdikləri ifadələr bu qurumun iç üzünü cəmiyyətə açıb göstərdiyindən sıraları sürətlə seyrəldi. Ölkəni idarə etməyə iddialı bir qurumun belə qaragüruh səviyyəsində görünməsi həm də bütövlükdə müxalifətə böyük zərbə vurmuş oldu".

Cavid