• 16 İyul 2020
logo
Milli Şurada ölü canlar toplaşıb

Milli Şurada ölü canlar toplaşıb

Milli Şura dağlır, Cəmil Həsənlinin yanında qalan beş-on nəfər isə Azərbaycan hakimiyyətinə yox, xalqa və dövlətə qarşı mübarizə aparmağa üstünlük verirlər.
Bunu xalqcebesi.az-a politoloq Mirsamir Məmmədov deyib.
Politoloqun fikrincə, Milli Şuranın əsas məqsədi Azərbaycan hakimiyyətini şərləməkdir. Şurada yığışanlar onlayn konfranslar keçirməklə ancaq hakimiyyətə qarşı məntiqsiz və əsassız fikirlər səsləndirirlər: “Onların hər bir onlayn konfransı ictimaiyyətin gülüş hədəfinə çevrilir. İşlətdikləri ifadələr, davranışları nəyə qadir olduqlarını üzə çıxarır. Zatən Azərbaycan ictimaiyyəti onları yaxşı tanıyır, keçirdikləri konfransları sosial şəbəkələrdə paylaşmaları isə onların əsl simalarını dünyaya tanıtmış olur. Şura Azərbaycanda təkləndiyindən, heç bir dəstək qazanmadığından, dəstəyi xaricdə axtarmaq məcburiyyətində qalıb. Azərbaycan əleyhinə təbliğat aparan hər bir şəxslə əməkdaşlıq etməkdən fərəh duyurlar. Hətta ermənipərəst qüvvələrlə belə”.
M.Məmmədov onu da qeyd edib ki, Milli Şuranın sədri Cəmil Həsənli, bu qurumda təmisl olunmuş digər fəalların, habelə keçmiş səfir Arif Məmmədov kimi xaricdə yaşayan bəzi şəxslərin dəstəyinə möhtac qalıb. Bu insanlar öz iddialarını gerçəkləşdirmək üçün hətta işğalçı Ermənistanı təbliğ etməkdən, vətənlərini isə ləkələməkdən belə çəkinməyirlər: “Milli Şura, AXCP, xarici ölkələrdə yaşayan bəzi fəalların Ermənistan mediasının irəli sürdüyü iddialarla sinxron çıxış etməsinin arxasında Qərbin bəzi ermənipərəst dairələri tərəfindən maliyyələşdirilməsi faktoru dayanır. Şuranın “simaları”nın hər biri Avropanın müxtəlif ölkələrində məskunlaşıblar. Sosial şəbəkələrin söyüş qəhrəmanına çevriliblər. Azərbaycanın güclənməsi, inkişaf etməsi onların narahatlığına, təşvişinə səbəb olub, sevincimizə yox, kədərimizə sevinirlər. Milli Şurada ölü canlar toplaşıblar. Onların fəaliyyəti ancaq və ancaq ermənipərəst qüvvələrin işinə yarayır”.
Cavid