• 8 İyul 2020
logo
“Belə fəaliyyət istiqaməti Azərbaycana, xalqa xəyanət deməkdir”

“Belə fəaliyyət istiqaməti Azərbaycana, xalqa xəyanət deməkdir”

Bunu Xalqcebhesi.az-a Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev
Milli Şura adlanan quruma və orada baş verənlərə münasibətində açıqlayıb.
Partiya sədri bildirib ki, Milli Şura hələ yaranmamışdan 4 ay öncə, belə bir təşkilatın təsis olunmasını və Rüstəm İbrahimbəyovun ona rəhbərlik edəcəyini ABŞ Dövlət Departamentində keçirilən görüşdə və bu təşkilatın yaradılmasında Rusiyanın rolunun olduğunu biləndən sonra, bu təşkilata üzv olmaqdan imtina etdim: “Daha sonra baş verən hadisələr bizim addımımızın düzgün olduğunu göstərdi. 2013-cü ildəki prezident seçkisində Rüstəm İbrahimbəyovun seçki şousı fiaskoya uğradıqdan sonra bir neçə təşkilat Şuranı tərk etdi. Şuranın məlum on-line iclasının silsilə şousunun bir seriyasında siyasi etikadan və əxlaq normalarından uzaq işlədilən fikirlər bir daha Milli Şurada bəzilərin hələ də 90-ci illərdəki düşüncədə qaldıqlarını göstərdi.

Milli Şuranın online iclaslarda qurumun rəhbərliyinin küçə söyüşləri ilə danışması onların bu gün də eyni mövqedə, düşüncədə olduqlarını göstərdi. İclaslarda siyasi, sosial və iqtisadi məsələləri müzakirə etmək əvəzinə, qeybətlə məşqul olurlar. Başqaları təhqir edirlər. Milli Şuranın son videokonfransından yayılan görüntülərdə açıq şəkildə bildirilir ki, bu qurumun əsas vəzifəsi Azərbaycan hakimiyyətini şərləməkdir. Bu etiraf onların əsl simasını və xislətini aydın nümayiış etdirir”.
ALDP sədri bir müddət öncə, Şuranın onlayn iclaslarının birində hakimiyyətlə dialoqa gedən müxalifət partiyalrı aşağılamasına da cavab verib: “Hörmətli Cəmil müəllim, siz Şuradan kənar müxalifət nümayəndələrini “tryapka” adlandırdınız. Görəsən hardan bilirsiz ki, hakimiyyətlə dialoqa gedənlər “tryapka” olur? Maraqlıdır. Biz sizdən fərqli olaraq bunu gizlətməmişik, bir görüşə dəvət alıb, getmişik. Bəlkə “tryapka” biz yox, sizsiniz?!”.
F.Əliyev onu da vurğulayıb ki, Milii Şura adlanan qurum fəaliyyət istiqamətini düzgün seçməyib, ümumiyyətlə, hara və niyə getdiyinin fərqində deyil: “Qurumun əsas məqsədi antiAzərbaycan təbliğatı aparmaqdır ki, bunu da daha çox internet üzərindən həyata keçirir. Xaricdə məskunlaşan, milli hisslərini itirənlərin çoxundan istifadə etməklə dövlət və dövlətçiliyimizə qarşı çıxışlar edirlər. Bir var hakimiyyətlə mübarizə aparasan, bir də var dövlətlə. Milli Şura dövlətə qarşı çıxır, xaricdən Azərbaycana edilən hər bir təhdid Şuranın sevincinə səbəb olur. “Azərbaycana nə qədər pisdirsə, bizə o qədər yaxşıdır” prinsipindən çıxış edir. Milli Şura istəyinə çatmaqdan ötrü hətta Qərbdə ermənipərəst qüvvələrin köməyindən də istifadə etməkdən çəkinmir. Belə fəaliyyət istiqaməti Azərbaycana, xalqa xəyanət deməkdir”.
Cavid