• 9 İyul 2020
logo
Naftalanda vətəndaşların müraciəti onlayn qaydada dinlənilib

Naftalanda vətəndaşların müraciəti onlayn qaydada dinlənilib

Milli Məclisin deputatı Anar Məmmədov və Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov onlayn qaydada vətəndaşları qəbul edib. “Xalq cəbhəsi”nin məlumatına görə, hər bir vətəndaşın müraciəti ayrı-ayrılıqda diqqətlə dinlənilib: “Dinlənilmiş bütün müraciətlər qanunamüvafiq qaydada həll olunması məqsədi ilə qeydiyyata alınaraq nəzarətə götürülüb. Həlli vacib və mümkün olan problemlərin dərhal, digərlərinn qanuna uyğun formada araşdırılaraq qısa zamanda nəticəsi barədə vətəndaşlara məlumat veriləcəyi bildirildi. Müraciətlər əsasən işlə təmin olunma, şəhər sakinləri və turistlər üçün velosiped yolunun çəkilməsi, şəhər stadionun təmiri, eləcə də şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün ev tikintisi, şəhər ərazisində pandusların quraşdırılması, dam örtükləri və novalçaların təmiri və s. sahədə görülən işlərlə bağlı minnətdarlıq olub.
Həmçinin onlayn qəbul zamanı pandemiya vəziyyəti ilə bağlı mövcud məsələlər müzakirə edilib və vətəndaşlara karantin rejiminin şərtllərinə əməl etmələri tövsiyə olunub.
Qəbula gələnlər belə çətin vaxtda onların müraciətlərinin dinlənilməsindən razılıqlarını ifadə edərək ölkədə, o cümlədən Naftalan şəhərində həyata keçirilən müxtəlif sosial layihələrə, abadlıq-quruculuq işlərinə görə möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər”.