• 9 İyul 2020
logo
Yetkinlik yaşına çatmayanların idman mərc oyunlarında iştirakına yol verənlər cərimələnəcək

Yetkinlik yaşına çatmayanların idman mərc oyunlarında iştirakına yol verənlər cərimələnəcək

Yetkinlik yaşına çatmayanların idman mərc oyunlarında birbaşa və ya dolayı iştirakına yol verilməyəcək.

Bu, Prezident İlham Əliyev tərəfindən bu gün təsdiqlənən "Bədən tərbiyəsi və idman haqqında" qanuna edilən müvafiq dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, bu maddənin tələbinin pozulmasına görə idman mərc oyunlarının satıcısı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə cəlb olunacaq.

İdman mərc oyunlarının satıcısı tərəfindən yetkinlik yaşına çatmayanların idman mərc oyunlarında birbaşa və ya dolayı iştirakına yol verilməsinə görə beş yüz manat məbləğində cərimə ediləcək.