• 3 İyul 2020
logo
Azərbaycan və Rumıniya XİN başçıları arasında telefon danışığı olub

Azərbaycan və Rumıniya XİN başçıları arasında telefon danışığı olub

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və onun rumıniyalı həmkarı Boqdan Auresku arasında telefon danışığı olub.

Bu barədə Rumıniya XİN başçısı “Twitter”də bildirib.

“Bu gün Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovla yaxşı müzakirəmiz oldu. Azərbaycan tərəfinin təşəbbüsü ilə BMT Baş Assambleyasında COVID-19-la bağlı sessiyanın keçirilməsi kimi vacib məsələlərə toxunduq. Ticarət və enerji sahəsində qarşılıqlı əməkdaşlığı müzakirə etdik. Rumıniya, Azərbaycan, Gürcüstan və Türkmənistanın iştirak etdiyi Qara dəniz - Xəzər dəniz nəqliyyat dəhlizinin inkişafı ilə bağlı səyləri alqışladıq”, - deyə rumıniyalı nazir qeyd edib.