• 25 Sentyabr 2020
logo
Cənubi Koreya Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədir

Cənubi Koreya Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədir

Cənubi Koreyanın Şimal Komitəsinin açıqladığı yeni hərtərəfli əməkdaşlıq planına əsasən, Azərbaycanın da daxil olduğu 14 ölkə ilə iqtisadi əməkdaşlıq daha da genişləndiriləcək.

Azərbaycan, Rusiya, Belarus, Ukrayna, Moldova, Çinin 3 əyaləti, Monqolustan, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan və Tacikistanın daxil olduğu plana postpandemiya dövründən sonra cavab tədbirlərini təşviqi, əməkdaşlığı şaxələndirmək və sözügedən ölkələrə məxsus əməkdaşlıq yolu ilə gələcək iqtisadi artımı stimullaşdırmaq daxildir.

Qeyd edək ki, əməkdaşlığın əsas sahələri səhiyyə, maliyyə, insan resursları və İKT sektorları olacağı gözlənilir.