• 19 Sentyabr 2020
logo
" Ordumuzun 3 günlük hücümü nəticəsində Ermənistanda hərbi xunta darmadağın oldu"

" Ordumuzun 3 günlük hücümü nəticəsində Ermənistanda hərbi xunta darmadağın oldu"

Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Azərbaycan” İstilik Elektrik Stansiyası əsaslı yenidənqurmadan sonra istifadəyə verilməsi ilə bağlı tədbirdə və Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışındakı geniş nitqi ilə bağlı "Baymedia.az" saytına açıqlama verən BAXCP sədrinin müavini, QHT sədri, politoloq Niyaməddin Orduxanlı bildirib ki, demək olar hər gün cənab Prezident İlham Əliyev və hörmətli vitse-prezident Mehriban Əliyeva bölgələrdə olur və yeni-yeni müəssələrin açlışlarında iştirak edir:" Biz bunun hər gün şahidi oluruq. Dünən İlham Əliyev Gəncədə modul tipli xəstəxanın açlışında, Samux rayonunda məcburi köçkünlər üçün evlər tikintisində və Mingəcevirdə yeni enerji sisteminin qurulmasının açlışında olur. Nəzərə alsaq ki, bu gün dünyada və o cümlədən Azərbaycanda sərt karantin rejimi var. Və bu gün bir çox dünya liderləri özlərini təcrid vəziyyətində saxlyır. Hətta bir çıx prezidentlər iqamətgahlarından kənara çıxmırlar. Öz ailələrindən başqa heç kimlə təmasa olmurlar. Ancaq biz pandemiya elan olunan bu günə qədər qeyd etdiyim kimi, həm cənab Prezident , həm də Mehriban xanım sosial yönümlü layihələrin açlışlarında olurlar və hər dəfə vətəndaşlara müraciət edərək, koronavirusla mübarizənin vacibliyindən bəhs edirlər. Özləri maska taxmaqla xalqa lazım olan tövsiyyələrini, mesajlarını verirlər."
Niyaməddin Orduxanlının sözlərinə görə, Mingəçevirdə enerji qurulmasının tarixi ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində baş vermişdir:" Azərbaycanın enerji sisteminin qurulması mərhum Heydər Əliyev Azərbaycana 1969-cu ildən rəhbərlik etdiyi dövrə təsadüf edir. Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü siyasəti sayəsində Azərbaycan energetikasının inkişaf etdirilməsi və müasir sistemin qurulması, ölkəmizin enerji təhlükəsizliyinin təmin olunması istiqamətində uğurlu addımı idi. Bilirsiniz ki, bir necə il bundan qabaq Mingəçevirdə enerji blokları partlamışdır və çox ciddi problemlə üz üzəydik. Həmin saatlarda Bakı metrosunda minlərlə vətəndaşımız köməksiz vəziyyətdə qalmışdır. Polislərin və digər strukturların səyi nəticəsində bir nəfər itki vermədən vətəndaşlarımızı xilıas edə bildik. Bundan sonra Mingəçevirdə İlham Əliyevin tapşırığı ilə dünyanın ən müasir enerji sisteminin qurulması tapşırığı oldu və dünən biz həmin enerji sisteminin açlışının şahidi olduq."

Politoloqun fikirlərinə görə, cənab Prezidentin hərbi hissədəki nitiqi də diqqət çəkən məqamdır:" Bu gün prezident İlham Əliyevin proritet istiqaməti ordu quruculuğu ilə bağlıdır. Və bu istiqamətdə uzun illərdi ardıcıl olaraq aparılır. Bu səbəbdəndir ki, artıq Azərbaycan ordusu dünyanın ən inkişaf etmiş 50 ordusunun sıralarına daxil olub. Azərbaycanda müasir ordu quruculuğu, bu prosesdə Azərbaycan standartlarının yaradılması və tətbiqinin uğurlu nəticələri, şəxsi heyətin təminatı məsələlərinin yüksək səviyyədə həll olunması, hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi bir başa ali baş komandan İlham Əliyevin diqqətinin nəticəsidir. Azərbaycan ordusunun ən müasir tələblər səviyyəsində silah sursat təchizatı, bu istiqaməydə hərbi sənayenin yaradılmasınln mühüm rolu, hərbi hazırlığın yüksək səviyyədə təşkil olinması, ordumuzun dünyanın güclü orduları sırasında yer alması və qarşısına qoyan istənilən vəzifəni yerinə yetirmək gücünə malik olmasını da əlavə edərdim. Hər il dövlət büdcəsindən Ermənistanın ümumu büdcəsindən artıq ordumuza vəsait ayırmağımız və dünyanın ən inkişaf etmiş İsrail dövlətindən və digər dövlətlərdən ən müasir silah-sürsat almağımız həmin siyasətin tərkib hissəsidir. Aprel döyüşlərində biz bunları ermənilərə canlı şəkildə göstərə bilmişik. Bu gün ermənilər Azərbaycanın ordusundan hansə imkan malık olduğunu çox yaxşı bilir. İlham Əliyevin 3 günlik aprel döyüşləri nəticəsində Ermənistanda hakmiyyət dəyişkiliyi baş verdi. Səhrə komandirləri olmuş Sərksiyan-Köçariyan hakimiyyəti darmadağın olundu. Buna qədər Ermənistanda bu xuta komandirlərinin bir mifi hökm sürürdü. "

QHT sədrinin sözlərinə görə, radikal müxalifətin antimilli mahiyyəti, onların "Azərbaycana nə qədər pisdirsə, bizə o qədər yaxşıdır" kimi düşmən mövqeyinin ifşa olunması faktdır:" Bu gün radikal müxalifətin bu siyasət yürütməsinin əsas şərti xarici dairələrinin tapşırığı əsasında həyata keçirilir. Bunun üçün kifayət qədər maliyyə vəsaiti ayrılır. Təbii ki, bu məsələdə güclü erməni diasporasının rolu böyükdür. Ermənilər birbaşa və ya dolayısı ilə həmin qüvvələrlə maliyyə dəstəyi verir. İmkan düşdükcə Azərbaycan dövlətinin imicinin korlanmasında yaxıdan iştirak edirlər. Radikal müxalifət dünənə qədər Ermənistanda Paşinyan hakmiyyətini "demokratik hakmiyyət" adlandırıdı və təqdir edirdi. Ancaq son günlərdə Ermənistanda antidemokratiya və diktaturanın ifşa olunması faktına heç bir reaksiya vermir. Paşinyanın qeyri-qanunu həbslərinə münasibət bildirmir. Bu gün Ermənistanda onlarla QHT sədri, partiya sədrləri, jurnalistlər, bloqerlər həbsdədir. Keçmiş hərbiçilər, genereallar, nazirlər və digrə dövlət qurumlarından çalışan şəxslər həbs edilib. Bütün bunları Paşinyan edib."