• 22 Sentyabr 2020
logo
" Prezident İlham Əliyev  ictimai qınağın vacibliyini çox doğru qeyd etdi "

" Prezident İlham Əliyev  ictimai qınağın vacibliyini çox doğru qeyd etdi "

1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında Azərbaycan Prezidenti İlham Əliyev geniş nitqində dövlətin koronavirusla mübarizə sahəsində həyata keçirdiyi tədbirlərin effektivliyinə, düşünülmüş qabaqlayıcı addımların əhalini böyük fəlakətdən qoruduğuna, Azərbaycan dövlətinin üzərinə düşən öhdəlikləri tam həcmdə yerinə yetirildiyinə, dövlətin hər zaman öz vətəndaşının yanında olmasına yönəldilməsinə həsr etməsi ilə yanaşı, ictimai qınağın vacibliyinə də toxunub. Prezidentin son çıxışına münasibət bildirən BAXCP sədrinin müavini, tanınmış QHT sədri, politoloq Niyaməddin Orduxanlı "Baymedia.az" saytına açıqlamasında bildirib ki, cənab Prezident ilk dəfə deyil ki, ictimai qınağın vabiliyinə toxunub:" Hər zaman prezident İlham Əliyev ictimai nəzarətin və ictimaqi qınağın önəmindən danışıb. Haqlı olaraq Prezident bildirir ki, əsas yük dövlət üzərində olmaqla yanaşı, vətədaşlar da yaxından dövlətə öz dəstəyi nümayiş etdirməlidir. İctimai qınağı vətəndaşlar təşkil etməlidir. Və birbaşa məsuliyyətsiz vətənşaları qınamalıdırlar. Hər kəsə başa düşməlidir ki, koronavirusla mübarizədə həmrəylik nümayiş olunmalıdır. Məsuliyyətsiz vətəndaşların hesabına insanlar həyatlarını itirə bilər. Və artıq tək Azərbaycand deyil, dünyanın ən inkişaf etmiş ölkələrində karantı rejimi yumşaldıldıqdan sonra virusa yoluxanların sayı artmaqdadır. Virusa yoluxan və çox ağır vəziyyətdə olan ölkənin kifyət qədər tanınmış şəxsləri var. İnsan nə qədər cahil olamlıdır ki, baş vermiş hadisəyə laqeyd yanaşmalıdır. Biz bütün imkanlarımızla məsuliyyətsiz vətənaşları qınamalıyıq və onlara imkan verməməliyik ki, virusun yayılmasında rol oynasınlar. Bütün bunları biz etməliyik. Maskasız avtobusa və qapalı məkanlara daxil olan şəxsləri qınamalıyıq. Onları məcbur etməliyik ki, qaydalara əməl etsinlər. Əks halda onların məsuliyyətsiliyi səbəbindən vəziyyətimiz daha da ağırlaşacaq. Bu gün həmin şəxsləri hesabına yoluxanların sayı 600 yaxınlaşıb. İctimai qınağın təşkilində QHT-lər aktiv olmalıdır. "

Niyaməddin Orduxanlının sözlərinə görə, bu gün dövlət karantin rejiminin sərtləşdirilməsi ilə bağlı verdiyi qərar yerində atılmış addımdır:" Prezident İlham Əliyev çıxışında da qeyd etdi ki, ilk gündən dövlət vətəndaşı qorumaq yolunu tutub. 213 ölkə bu gün virusla mübarizə aparır. Bu ölkələrdə yoluxma və ölüm faizini müqayisə etsək, Azərbaycanda vəziyyət çox da ağır deyil. Bugünə qədər 14 000 yoluxma qeydə alınıb və bu 14 000 xəstənin 7500 sağalaraq evə buraxılıb. 6000 şəxsin müalicəsi davam etdirilir. Çox təəssüf ki, 169 nəfər vətəndaşımızı itirmişik. Ancaq hər gün yoluxma sayı artmaqda davam edir. Belə bir vəziyyətdə Prezident yenidən sərt karantin rejiminə keçməyi vacib bilib. Bir daha vətəndaşın həyatını qorumaq siyasətini önə çəkib. Dünən də bəlli oldu ki, yenidən vətəndaşa 190 manat vəsait ödəniləcək. Vətəndaşlara başa düşməlidirlər ki, yolxumalar bu teplə artarsa, xəstəxanalarda həkim və çarpayı çatışmamazlığı baş verəcək. Və artıq bununla bağlı sosial şəbəklərdə Bakı şəhərinin xəstəxanalrında yer çatışmamzlığı ilə bağlı məlumatlar yayılır. Həkimlərimizə kömək etməliyik. Xəstə sayı çox olsa və həkimlərimiz fiziki baxımdan onların müalicəsinə kömək edə bilməyəcəklər. Elə etməliyik ki, ən azından sağalanlar yoluxanlardan çox olsun və belə vəziyyətdə həkimlərimiz yoluxmuş şəxslərin müalicəsini təşkil edə bilsin. Bütün bunlar üçün 3 əsas qaydaya hər birimiz əməl etməliyil. Maska taxmaq, məsəfa saxlamaq və gigiyenik qaydalara əməl etmək!"

Politoloqun sözlərinə görə, yeni istifadəyə verilən modul tipli xəstəxanalar 200 çarpayılıqdır, müasir texnologiyalar əsasında quraşdırılan xəstəxanalarıdır, ikisi Bakıda, ikisi Sumqayıt və Gəncə şəhərlərində, biri isə Abşeron rayonunda olmaqla 5 xəstəxana istifadəyə verilib:" İlham Əliyevin sərəncamı ilə qısa müddətdə 10 modul tipli xəstəxanların inşasına başlanıldı. Gördüyünüzü ki, tək paytaxt deyil, Azərbaycanın bölkələrində də xəstəxanların tikilməsi həyata keçirilir. Dövlət qurumlarının verdiyi məlumata görə, yaxın günlərdə digər modul tipli xəstəxanalar da istifadəyə veriləcək. Bu xəstəxanaların tikintisi ilə əlaqədar qərarın hələ xəstələrin sayının az olduğu aprel ayında qəbul edilməsi onun nə qədər düzgün olduğunu aydın şəkildə göstərir. Zamanında dövlət bu addımı atmaqla çox doğru qərarın verildiyini göstərdi. Son zamanlar ölkəmizdə 700-dən artıq xəstəxanalar tikilmiş və ya yenidən qurulmuşdur. “Yeni klinika”, Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik və Cərrahiyyə korpusları və digər tibb müəssisələri koronavirusa yoluxmuş vətəndaşların müalicəsində mühüm rol oynayırlar. Həyata keçirilən qabaqlayıcı tədbirlər ölkəni böyük fəlakətdən qorudu. Bunu hər kəs başa düşməlidir ki, sərtləşdirilmiş tədbirlərin əsas məqsədi yoluxmanın sürətini azaltmaqdır. Başa dümək lazımdır ki, koronavirus yoxa çıxmayıb və yoxa çıxmayacaq. Biz bu xəstəliklə yaşamağa məcburuq və artıq kütləvi surətdə yeni davranış qaydaları tətbiq edilməlidir. Azərbaycan dövləti hər zaman Azərbaycan vətəndaşının yanında olub."

QHT sədri Niyaməddin Orduxanlının sözlərin görə, bəzi ölkələrin yumşaldıcı addımlar atmasının səbəbi iqtisadi sahədə olan problemlərdir:" Azərbaycanda da bu problemlər var və beş ayın nəticələri onu göstərir ki, bizim iqtisadiyyatımız da tənəzzülə uğrayıb. Dünya bazarlarında neftin qiymətinin enməsi Azərbaycanın gəlirlərini azaltmışdır. Biz neft ölkəsiyik. Virus daha çox neft ölkələrinə ziyan vurur. Digər tərəfdən, turizm sektorunun dayanması, bir neçə başqa perspektivli sektorun fəaliyyət qalması iqtisadiyyatın durumuna mənfi təsir göstərdi. Azərbaycanın şüurlu şəkildə, ilk ölkələr sırasınsda məhdudlaşdırıcı tədbirlər görməsinin əsas səbəbi insanların sağlamlığının əsas prioritet təşkil etməsi ilə bağlı olmuşdur. Bütün bunlarla yanaşı dövlət heç bir sosial layihə ixtisar etmədi, məcburi köçkünlər üçün yeni şəhərciklər salınır, yeni məktəblər tikilir, yeni yaşayış kompleksləri salınır. Biz həm cənab Prezident İlham Əliyevi, həm də hörmətli vitse-prezident Mehriban xanım Əliyevan məcburi köçkünlər üçün yeni inşa edilmiş binların açlışında iştirakını görürük. Hər il minlərlə insana yeni tikilmiş evlər təqdim edilir. "