• 21 Sentyabr 2020
logo
“Daha sərt tədbirlər görülməlidir”

“Daha sərt tədbirlər görülməlidir”

Bunu xalqcebhesi.az-a Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq deputat Fərəc Quliyev pandemiya ilə mübarizədə insanların məsuliyyətsizliyi məsələsinə münasibətində bildirib.

Onun fikrincə, pandemiya bütün bəşəriyyəti təhdid edir, Azərbaycan da bu təhdidlə qarşı-qarşıyadır: “Təəssüflər olsun ki, son günlər Azərbaycanda vəziyyət pisləşməyə doğru getdi. Virusla mübarizənin birinci mərhələsində sözün əsl mənasında Azərbaycanda görülən tədbirlər dünyanı təəccübləndirdi. Virusla mübarizədə Azərbaycan hazırlıqlı idi. Görülən müxtəlif tədbirlər – istər modul tipli xəstəxanaların hazırlanması, laborator avadanlıqların, dərman vasitələrin gətirilməsi, qısa zaman ərzində maska sexinin fəaliyyətə başlaması, 600 min aztəminatlı ailələyə yardımın göstərilməsi, sahibkarla maddi yardımın edilməsi, səhiyyə və polis sistemində gücləndirilmiş iş rejiminin tətbiqi, Operativ Qərargahın operativliyi, səhiyyə sistemimizin ciddi şəkildə toparlanması, ASAN xidmətin işinin təşkili və s. əhalinin sağlamlığına, sosial təhlükəsizliyinə istiqamətləndi. Lakin ikinci mərhələdə insanların məsuliyyətsizliyi bu işlərə kölgə saldı, vəziyyət pisləşdi”.

F.Quliyevin sözlərinə görə, insanlar başa düşməlidirlər ki, təkcə özlərini yox, bütünlükdə cəmiyyətin təhlükəsizliyi məsələsi öndədir: “Fikrimcə, bilərəkdən başqasının həyatını təhlükə ilə üz-üzə qoymaq cinayətdir. Məsuliyyətsizliyimiz virusa yoluxanların, ölüm hallarının çoxalması ilə yanaşı inzibatı tədbirlərin, cərimələrin artırlmasına səbəb oldu. Hər kəsin özünün məsələni dərk etməsi, hətta başqalarına nümunə olması mümkün deyilsə, o zaman ağır cərimələr tətbiq edilməlidir. Tədbirlərin effektiv olması üçün və yaranan ciddi riskli vəziyyətin aradan qaldırılması ücün prezidentin çağırışlarını nəzərə almaq lazımdır. İnsanlar bu məsələdə bir-birinə nəzarət etməyi bacarmalıdır. Bu işi təkcə səhiyyə və polisin üzərinə atmaq düzgün deyil”.

Partiya sədri koronavirusun mövcudluğuna inanmayanalra da səslənərək bildirib ki, bu, inanc məsəlsəi deyil. Hər kəs nəyəsə inana və ya inanmaya bilər: “Amma hər kəs pandemiyanı həkim qədər dərk edə bilməz. Bu hansısa hadisəyə mütəxəssis yanaşması deyil. Gözə görünməyən düşmənlə mübarizə gedirsə həkimlərin tövsiyə və məsləhətlərinə qulaq asmalıyıq. Hər gün həkimlər həyacan təbili çalır, TV-lərdə maarifləndirici təbliğatlar verilir. Reallıqdır ki, xəstəxanalar doludur, gündə insanlar bu virusun qurbanına çevrilir. Sən inanmaya bilərsən, amma sənin bu inanıb, inanmamağından asılı olmayaraq insanlar təhdid olunursa sən qanunlara əməl etməlisən.
Müvafiq dövlət strukturlarına müraciət edirəm ki, cərimələrlə yanaşı inzibati yollarla daha sərt tədbirlər görülməlidir, təbliğatla işi bitmiş hesab etmək olmaz”.

Cavid