• 27 İyul 2024
logo
Tibb müəssisələrinin akkreditasiyası üçün dövlət rüsumunun dərəcələri müəyyən edildi

Tibb müəssisələrinin akkreditasiyası üçün dövlət rüsumunun dərəcələri müəyyən edildi

Tibb müəssisələrinin akkreditasiyasının keçirilməsinə görə tutulan dövlət rüsumunun dərəcələri müəyyən edilib.

Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında müzakirəyə çıxarılan "Dövlət rüsumu haqqında" qanuna təklif edilən yeni maddədə əksini tapıb.

Təklif edilən yeni maddəyə (32-2) əsasən, tibb müəssisələrinin akkreditasiyasının keçirilməsinə görə tutulan dövlət rüsumunun dərəcələri aşağıdakı kimidir:

Dövlət rüsumu tutulmalı olan hərəkətlər

Dövlət rüsumunun məbləği

32-2.1. ambulator xidmət göstərən tibb müəssisələri

2000 manat

32-2.2. stasionar xidmət göstərən tibb müəssisələri

4000 manat

Digər maddəyə (32-3) əsasən, tibb müəssisələrinin akkreditasiyasının keçirilməsinə görə dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri aşağıdakı kimi müəyyən edilir:

32-3.1. Bu Qanunun 32-2.1-ci maddəsində nəzərdə tutulmuş dövlət rüsumunun Bakı şəhəri üzrə 100 faizi, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərləri və Abşeron rayonu üzrə 70 faizi, digər regionlar üzrə isə 50 faizi ödənilir.

32-3.2. Bu Qanunun 32-2.2-ci maddəsində nəzərdə tutulmuş dövlət rüsumunun 250-dən çox çarpayısı olan tibb müəssisəsi üzrə 100 faizi, 101-250 çarpayısı olan tibb müəssisəsi üzrə 90 faizi, 50-100 çarpayısı olan tibb müəssisəsi üzrə 70 faizi, 50-dən az çarpayısı olan tibb müəssisəsi üzrə isə 50 faizi ödənilir.".

Müzakirələrdən sonra dəyişikliklər səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.