• 20 Sentyabr 2020
logo
General: İran və Azərbaycan sərhədləri sülh və dostluq sərhədləridir

General: İran və Azərbaycan sərhədləri sülh və dostluq sərhədləridir

İran və Azərbaycan sərhədləri sülh və dostluq sərhədləridir.

Bunu İranın Sərhəd Qoşunlarının komandiri general Əhməd Əli Qudərzi Nəmin şəhəridə İran-Azərbaycan sərhəd-buraxılış məntəqələrinə baxış zamanı bildirib.

General deyib ki, İran və Azərbaycan sərhədləri sülh və dostluq sərhədləridir və iki qonşu ölkənin müştərək sərhədində heç bir problem yoxdur:

"Uzun illər ərzində iki ölkə arasında sərhədlə bağlı hər hansı bir xüsusi məsələ yaranmayıb və hər iki tərəf bağlanmış müqavilələrə riayət edib. Ərdəbil əyalətində də sərhədlə bağlı problem yoxdur. Ərdəbil regionu təhlükəsiz regiondur. Ölkənin hər yerində sərhədçilərin sayıqlığı və səyləri nəticəsində İranın sərhədləri tam təhlükəsiz vəziyyətdədir".