• 19 Mart 2025
logo
Paraqvay Prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib

Paraqvay Prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib

Paraqvay Respublikasının Prezidenti Mario Abdo Benitezdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir:

"Cənab Prezident.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Paraqvay hökuməti və xalqı adından və şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Əminəm ki, ölkələrimiz arasında mövcud olan səmimi münasibətlər sülh və firavanlıq naminə gələcəkdə daha da güclənəcəkdir.

Fürsətdən istifadə edərək, Azərbaycan xalqına və hökumətinə təbriklərimi, Zati-alinizə ən yüksək hörmət və ehtiramımı çatdırıram".