• 18 Sentyabr 2020
logo
Elmar Məmmədyarov banqladeşli həmkarı ilə telefonla danışıb

Elmar Məmmədyarov banqladeşli həmkarı ilə telefonla danışıb

24 iyun 2020-ci il tarixində Xarici İşlər naziri Elmar Məmmədyarovun Banqladeşdən olan həmkarı A.K.Abdul Momen ilə telefon danışığı olub.

Xarici İşlər Nazirliyindən (XİN) verilən məlumata görə, hazırki qlobal vəziyyətə toxunan nazirlər COVİD-19 pandemiyası ilə mübarizə çərçivəsində ölkələr tərəfindən həyata keçirilən tədbirlər üzrə məlumat mübadiləsi aparıb və bu xüsusda, beynəlxalq həmrəyliyin və qarşılıqlı yardımın vacib olduğunu qeyd ediblər.

Nazirlər ikitərəfli əməkdaşlıq əlaqələri üzrə fikir mübadiləsi apararaq, Azərbaycan və Banqladeş arasındakı siyasi münasibətlərin cari vəziyyətini məmnunluqla qeyd ediblər. Eyni zamanda, ikitərəfli iqtisadi-ticarət münasibətlərini müzakirə edən tərəflər, gələcəkdə bu münasibətlərin genişləndirilməsi imkanlarının araşdırılmasının əhəmiyyətini bildiriblər.

Tərəflər, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələsinə toxunublar və gələcəkdə bu əməkdaşlığın davam etdirilməsinə razılıq ifadə ediblər. Hazırki qlobal vəziyyətə toxunan Nazirlər, COVİD-19 pandemiyası ilə mübarizə çərçivəsində ölkələr tərəfindən həyata keçirilən tədbirlər üzrə məlumat mübadiləsi aparıb və bu xüsusda, beynəlxalq həmrəyliyin və qarşılıqlı yardımın vacib olduğunu qeyd ediblər.

Nazirlər ikitərəfli əməkdaşlıq əlaqələri üzrə fikir mübadiləsi apararaq, Azərbaycan və Banqladeş arasındakı siyasi münasibətlərin cari vəziyyətini məmnunluqla qeyd ediblər. Eyni zamanda, ikitərəfli iqtisadi-ticarət münasibətlərini müzakirə edən tərəflər, gələcəkdə bu münasibətlərin genişləndirilməsi imkanlarının araşdırılmasının əhəmiyyətini bildiriblər.

Tərəflər, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələsinə toxunublar və gələcəkdə bu əməkdaşlığın davam etdirilməsinə razılıq ifadə ediblər.